Gürcüstan Respublikasının konstitusiyasında qanuni nikah yaşı, 18 yaş qeyd olunacaq.

TEZADLAR.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

O, bu barədə LGBT təbliğatına qarşı hazırlanmış konstitusiya dəyişikliklərinin ümumi ictimai baxışı zamanı deyib: “2017-ci ildə artıq müəyyən edilib ki, ölkəmizdə evlilik yalnız kişi və qadının birliyidir. Digər ölkələrin də konstitusiyalarında bu qeydlər var, lakin alternativ olaraq, qondarma Mülki tərəfdaşlıq müqaviləsi, əslində bu birliyi eyni hüquqi ölçüyə qoyan hüquqi formadır. Bu qeydin məqsədi nikah və ailənin Konstitusiyanın müəyyən etdiyi kimi olmasını və heç bir hüquqi alternativə icazə verilməməsini təmin etməkdir. Eyni zamanda, konstitusiya ilə nikah yaşı 18 yaş müəyyən edilir. Müxtəlif dövrlərdə bu yaş da dəyişib və bu həm də konstitusiya ilə müəyyən edilmiş yaş olacaq”, - deyə Şalva Papuaşvili bildirib. Məlumat üçün bildirək ki, bu günədək 17 yaşına çatmış şəxsin nikahına valideynlərin və ya qəyyumun qabaqcadan yazılı razılığı ilə, yetkinlik yaşına çatan fiziki məhdudiyyətli şəxsin isə qəyyumun əvvəlcədən yazılı razılığı ilə icazə verilirdi.

 Qeyd edək ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub.

Yalnız üzürlü səbəblər olduqda, nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN