Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyyarto bildirib ki, Ukrayna ilə bağlı danışıqlar indi başlamalıdır, çünki münaqişə döyüş meydanında bitməyəcək.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, sülh danışıqları (Ukrayna üzrə) mümkün qədər tez başa çatdırılmalı və dərhal atəşkəsə nail olunmalıdır. Bu müharibə davam edərsə, eskalasiya riski hər gün artacaq.
Ona görə də biz dərhal atəşkəsə və bu müharibəyə son qoymağa çağırırıq, çünki müharibə davam edərsə, hər gün biz eskalasiya riskinə yaxınlaşırıq”, - deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) kuluarlarında jurnalistlərə bildirib. .
“Müharibənin silahla həll oluna bilməyəcəyi tamamilə aydındır. Ona görə də bu müharibə danışıqlarla yekunlaşmalıdır. Və danışıqlar nə qədər tez başlasa, bir o qədər az adam öləcək”, - deyə Siyyarto vurğulayıb.
JASMİN