Qlobal istiləşmə buzların əriməsi və dəniz səviyyəsinin qalxması səbəbindən bir neçə ada dövlətinin yox olmasına səbəb olacaq.

Bu barədə “Express” media məlumat yayıb. Məlumata əsasən, iqlim dəyişikliyinin təsiri nəticəsində Kiribati, Tuvalu və Marşal ada dövlətlərinin yox olacağı gözlənilir. Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox dövlət bu məqsədə nail olmaq üçün konkret fəaliyyət planını nəzərdə tutan Paris Sazişini imzalayıb. Sənəd qalıq yanacaqlardan tamamilə imtina etməyi nəzərdə tutmur, lakin ölkələr istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN