Bu gün Daşkəndə ilk qar yağıb, lakin qar dənəciklərinin rəngi şəhər sakinlərinin həyacanına səbəb olub.

Yerli KİV-in məlumatına görə, qarın çox çirkli olduğu, həm də küçəyə çıxan insanların üst geyimlərində ləkə buraxdığı bildirilir. Sosial şəbəkə istifadəçiləri bu məzmunda narahatlıqlarını yazır, müxtəlif video və fotolar paylaşırlar.

Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq İnstitutunun direktor müavini İsgəndər Abdullayev isə insanları təşvişə düşməməyə çağırıb.

"Qar havanı tozdan, zərərli çirklərdən təmizləyən meteoroloji hadisədir. Qardan sonra hava daha təmiz olur. Çoxları təsdiq edər ki, qar yağandan sonra nəfəs almaq daha da asanlaşır. Bu gün hamımızın müşahidə etdiyimiz və "çirkli qar" adlandırdığımız -  əvvəllər baş vermiş toz fırtınasının nəticəsidir. İndi qar havanı tozdan təmizləyir ", - deyə ekspert bildirib. 

Daşkənddə toz fırtınasından sonra düşən yağıntı - təbiətin ən gözəl hədiyyəsidir. Eyni zamanda, böyük qar dənəcikləri daha çox çirki özünə çəkir, buna görə də Daşkənd sakinləri ikiqat şanslıdırlar, çünki qar böyük lopalarla düşür.

Xatırladaq ki, iki il öncə Qazaxıstanın Temirtau şəhərinə “qara qar” yağmışdı və bu, hər kəsi heyrətləndirmişdi. Ölkənin ən böyük dəmir istehsalı və dəmir sənayesinin yerləşdiyi Temirtauda, dəmir zavodlarının səbəb olduğu hava çirklənməsinin, qara qarın yağmasına səbəb olduğu düşünülürdü.

Məlumatlara görə, Temirtaunun yerləşdiyi Karaqanda, ölkədəki havası ən kirli və səmaya ən çox tullantı buraxılan bölgədir. Və rəsmi məlumatlara görə, 2016-cı ildə səmaya 600 min ton zərərli tullantı buraxılıb. Bir müddət öncə Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Maqzum Mirzaqaliyev Qazaxıstanda ən çirkli havası olan şəhərlərin adlarını açıqlayıb - Temirtaunun adı öndə gedir...

 "2021-ci il ətraf mühitin monitorinqinin nəticələrinə görə, Temirtau, Nur-Sultan, Almatı, Aktobe, Atırau, Ust-Kamenogorsk, Karaqanda, Balxaş, Jezkazgan, Çimkent şəhərlərində yüksək hava çirkliliyi xarakterizə olunur",- deyə nazir bildirib.

Belə görünür ki, Daşkənd sakinləri doğrudan da şanslıdırlar... 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN