""Bakıda yeni il gecəsi qar gözlənilmir"
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib. O bildirib ki, 2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi.
Xidmət rəisi deyib ki, qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq: "Bayramın ilk günləri - dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisində hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin TEZADLAR.AZ-a verdiyi məlumata əsasən dekabrın 30-da
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.