Axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin TEZADLAR.AZ-a verdiyi məlumata əsasən, 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti,

Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi  761 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 04-də Abşeron yarımadasında  gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, 

bu da bəzi meteohəssas insanlarda narahatlıq  hissi yarada bilər. 


Azərbaycanın rayonlarında  Əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  3° şaxtadan 2°-dək isti, gündüz  7-12°  isti, dağlarda gecə 2-7° şaxta, gündüz  2-6° isti olacaq.  



Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN