Ukraynada hər 6 nəfərdən birinin münaqişələr səbəbindən məcburi köçkünә çevrildiyi bildirilib.

Bu barәdә  Birlәşmiş Millәtlәr Tәşkilatına tabe olan Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)  bәyanat yayıb  (trt).

Bәyanatda  aprel ayının əvvəlindən bu yana 600 mindən çox mülki vətəndaşın münaqişələr səbəbindən evlərini tərk etdiyi, məcburi köçkünlərin ümumi sayının isə 7,7 milyon nəfərə yüksəldiyi vurğulanıb. Bәyanatda vurğulanıb ki, 7,7 milyondan çox insan yəni əhalinin 17%-i məcburi köçkün vəziyyətinə düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino məcburi köçlərdən ən çox qadınların, uşaqların, qocaların və əlillərin әziyyәt çəkdiyini vurğulayıb.

"Biz evlərini tərk etmək məcburiyyətində qalan müdafiәsiz insanlara kömək etməyə çalışırıq. Çәtin vәziyyәtdә olan mülki vәtәndaşlara yardım edilmәsi üçün humanitar atәşkәsin elan edilmәsi әhәmiyyәt kәsb edir’’,-deyә Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru qeyd edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN