10 may - Ümumdünya köçəri quşlar günü köçəri quşlar, onların yaşayış yerləri və səyahət nümunələri haqqında bilikləri artırmaq məqsədi daşıyan qlobal ekoloji kampaniyadır.
Ümumdünya Köçəri Quşlar Gününün təsis edilməsinə səbəb 1906-cı ildə imzalanmış Quşların Mühafizəsi üzrə Beynəlxalq Konvensiya olmuşdur.
Günün bir çox ictimai tədbirləri, xüsusilə quş festivalları, maarifləndirici proqramlar, ekspertlərin rəhbərlik etdiyi quş müşahidələri və ekskursiyalar bütün dünyada köçəri quşların məskunlaşdığı yerlərin qorunmasına səsləyir . Hər il onlar müəyyən bir mövzuya həsr olunurlar.
Ümumdünya köçəri quşlar günü Köçəri Növlər üzrə Konvensiya (KNK) və Afrika-Asiya köçəri quşlar müqaviləsinin (AEWA) himayəsi altında keçirilir. Məlum olduğu kimi, bu beynəlxalq müqavilələr BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərkib hissəsidir.
Quşların miqrasiyası həm biomüxtəlifliyin, həm ekosistemin sağlamlığının və iqlim dəyişikliyinin əsas göstəricisidir. Köçəri quşların fəaliyyəti sayəsində bütövlükdə ekosistemin tarazlığı qorunur. Məsələn, məlumatlara görə, bəzi bitkilər köçəri quşlar tərəfindən tozlanır.
Qeyd edək ki, Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir.
Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib.
Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir.
JASMİN