2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 151 ölkəsindən

330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil etmişdir.

Bu barədə DSX məlumat verir.

Qeyd edilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən - 138,4 dəfə, Səudiyyə Ərəbistanından - 138,3 dəfə, Bəhreyndən - 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 46,3 dəfə, Pakistandan - 30,4 dəfə, Hindistandan - 18,4 dəfə, İsraildən - 7,3 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 4,1 dəfə, Fransadan - 3,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Ukraynadan - 2,5 dəfə, Böyük Britaniyadan - 2,3 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 14,4 faiz artmışdır.

2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52,0 faizi hava, 46,0 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                          

Göründüyü kimi, ölkəmizi ziyarətə gələn ölkə vətəndaşlarının ilk dördlüyündə Rusiya, Türkiyə, İran, Gürcüstanın adları qərarlaşıb.

Qeyd edək ki, ölkəmizdən eyni dövrdə səfərə gedən vətəndaşlarımızın da üz tutduğu ölkələrin ilk dördlükdə yer tutanları da eyni ölkələrdir.

Yalnız fərq ondadır ki, Azərbaycandan səfər edənlərin çoxu Türkiyəyə gedənlərdi, yəni 45,5%-i, gələnlər isə 25,3%. Lakin İrandan ölkəmizə səfər edənlər  gedənlərimizdən daha çoxdur: 13,1 faizi  gedənlər, 14,7 faizi isə gələnlər təşkil edib. Gürcüstana səfər edənlərimiz 8,2 faiz, gələnlər isə 6,1 faiz təşkil edib.

Və bu rəqəmlər dörd ölkə ilə nə qədər yaxın və dərin bağlarımızın olmasından xəbər verir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN