booked.netbooked.net booked.net  

...Qazimizi şəxsən tanımasam da sosial şəbəkələrdə sərbəst çıxışları, səlis nitq qabiliyyəti  diqqətimi çəkdi.

Telefon nömrəsini tapıb zəng etdim və “Təzadlar”ın redaksiyasına dəvət etdim. Telefonda ilk sualı da bu oldu ki, mən Aprel Qazisiyəm, gəlməyimə dəyərmi? "Qardaş, fərqi nədir, sən də Azərbaycanın Qazisi deyilsənmi?!",- deyib məsləhətimi  dedim...

***

Məmmədov Hikmət Aydın oğlu-1985-ci ilin oktyabrın 5-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə Sumqayıt şəhər 3 saylı orta məktəbdə birinci sinfinə daxil olub, 2001-ci ildə 9-cu sinfi bitirib Naxçıvanski adına Hərbi Liseyində ilk hərbi təhsilini alır. Bundan sonra 2004-cü ildə Heydər  Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burda təhsilini bitirib  2008-2009-cu illərdə Azərbaycan Ordusunun təhvil-təslim mərkəzində  təhsil alıb. Əslən xızılıdır. Ailəlidir, 2 övladı var, 2-ci qrup əlildir,Sumqayıt şəhər 36 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi işləyir,  hal-hazırda ehtiyyatda olan kapitandır.

 Müsahibəmiz olduqca maraqlı alındı:

-Hikmət, hərbiyə ilk gəlişiniz kimin seşimi idi, sizin yoxsa valideynlərinizin?

-Bizim yeniyetməlik dövrümüz nüharibə illərinə düşdü. Məlum Qarabağ müharibəsinin qızğın illəri idi. Məktəbdə, evdə ancaq müharibədən danışırdılar. Hər kəsin fikri ancaq müharibədə, döyüşlərdə idi. Mən də artıq 9-cu sinfi bitirmişdim və evdə valideynlərimlə məsləhətləşdim ki, mən hərbi məktəbə daxil olmaq istəyirəm. Valideynlərimin razılığını alıb sənədlərimi Naxçıvanski adına hərbi liseyə verdim və qəbul oldum. İlk hərbi təhsilim də ordan başladı. Yaşımən elə bir vaxtı idi ürəyimdə düşmənə qarşı güclü qisas eşqi, kin-nifrət hissi yaranmışdı. Və bu vətənpərvər duyğular mənim hərbiçi olmağıma səbəb oldu. Mən bu gün çox qürur duyuram ki, nə yaxşı mən hərbiçi olmuşam. Onu da qeyd edim ki, bu arzunu, bu hissi mən ən çox məktəbdə duydum. Müəllimlərimiz bizə Vətəni sevməyi elə gözəl öyrətdilər ki, o mühitdə ancaq hərbiçi olmaq olardı. M\n hərbiçi olduğuma görə əsas müəllimlərimə borcluyam.

 

Əgər hərbiçi olmasaydınız hansı peşə sahibi olardınız?

 

Məncə, hərbiçi olmasaydım tarixci olardım. Çünki tarixi də sevirəm. Məktəbdə də ən çox sevdiyim fənn tarix idi. Tarixə böyük marağım var idi. Hərbiçi oolmasaydım bəlkə də tanınmış tarixçi olardım.

Siz Qazilərimiz əslində hamınız tanınmış tarixçi oldunuz və hər kəs sizi tanıdı. Siz elə bir tarix yazdınız ki, şanlı tarix salnaməmizə, bu tarixi hətta əsrlər sonra gələcək nəsillər oxuyacaq və Azərbaycanın necə igid, cəsur oğlanlarının olduğunu biləcəklər...

 

Hərbiçi olmaqla nə qazandın həyatda?

Hərbiçi olmaqla ən böyük qazancım QAZİ  adım oldu. Hər bir vətəndaş kimi, qeyrətli oğlan kimi mən də xalqımın, millətimin təəssübünü çəkdim, Vətən müharibəsinə qatıldım, torpaqlarımız uğrunda döyüşlərdə iştirak etdim, lazım gəldikdə canımdan, qanımdan keçdim və Qazi oldum.

 

__-Nə vaxtsa hərbiçi olduğunuza peşiman olmusuzmu? Təbii ki, bu peşə şərəfli olduğu qədər də çətin bir peşədir.

Mən bu sənətə özüm gəlmişəm, hərbiçi olmaq öz istəyim olub. Və mən işimi, sənətimi sevmişəm və yenə də sevirəm.  Nə qədər çətinliyi olsa da mən bunu qəbul etmişəm. Düzdür, çətinliyi olsa da bu xoşdur. Hərbiçi sənəti şərəfli bir peşədir. Çünki bu peşənin sahibləri Vətənini, xalqını sevib bu sənəti seçirlər. Məhz bu sevgi biz hərbiçilərin gözündə bütün çətinlikləri dəf edir. Necə deyərlər Vətənə olan sevgimiz bütün sevgilərdən artıq olduğu üçün biz bu şərəfli peşəmizlə qürur duyuruq...

_-Mən sizi müsahibə üçün dəvət edəndə bildirdiniz ki, mən Aprel Qazisiyəm, Vətən Qazisi deyiləm. Bu gün cəmiyyətdə Qazilərimiz arasında fərq duyursunuzmu, niyə belə dediniz?

Mən əslində belə ayrı-seçkiliyə qarşıyam.  Telefonda sizə deyəndə ki, Aprel Qazisiyəm, mənə gözəl bir cavab verdiniz ki, qardaş, sən də bu millətin Qazisiən, nə fərqi var nə vaxt, harda yaralanmısan?! Bu cavab məni sevindirdi. Axı, Qazini, Ş\hidi necə bölmək, ayirmaq olar?! Bi€im hmımız Azərbaycan üçün, Qarabağ üçün döyüşmüşük. İstər Şəhidimiz, istərsə də Qazilərimiz. Etiraf edək ki, Birinci Qarabağ Müharibəsində döyüşən qardaşlarəmız daha ağır şəraitdə , daha çətin bir vaxtda döyüşüblər. O vaxt demək olar ki, ordumuz formalaşmamışdı, maliyyə yox idi. Ancaq özünü müdafiə və könüllülər batalyonu var idi. Müasir silah, texnika yox idi. Onlar olmasaydı torpaqlarımızın 20 yox 80 faizi işğal olmuşdu bəlkə.Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Atəşkəs əldə olundu. Çoxları bunun mahiyyətini anlamırdı. Amma bu bizim xalqımız üçüm əldə olumnan bir qazanc idi sanki. O vaxta qədər ordumuz hərbi təlimlərdə içtirak etdi, müasir texnikalar haqda bilik aldı zabitlərimiz, eyni zamanda xeyli sayda zabitlərimiz xarici dövlətlərdə təhsil almağa göndərildi.  Bütün bunlar bizim bu günki uğurumuza atılan bir addım idi.Bu müddət ərzində ordumuz daha da təkmilləşda baş alıb gedən özbaşınalıqlar, dərəbəyliklər hərbişilərimizi çətin vəziyyətə salmışdı. Amma indi Azərbaycanın müzəffər ordusu dünyanın ən müasir silahlarıyla, hərbi texnikası ilə təhciz olunub. Artıq xalq öz ordusuna güvənir. Və bu inam, orduya sevgi 44 günlük müharibədə bir daha özünü büruzə verdi. Xalq ordunun və Ali Baş Komandanın ətrafında Dəmir Yumruq kimi birləşib öz torpaqlarını azad etməyə nail oldu. Ordumuz xalqdan güc aldı. Bu müharibədə ordumuzla xalqın birliyi qalib gəldi.

-Sizin 1 oğlan övladınız var, istəyərdinizmi hərbiçi olsun?

Bəli, mən çox istəyərəm. Çünki mən bu peşəni sevirəm. Oğlumun indi 7 yaşı var. Mən onu Qazi yoldaşlarımla, döyüş yoldaşlarımla görüşlərə, tədbirlərə aparıram. İndi fikir verirəm ki, onda da bu sənətə istək, maraq yaranıb. Hələ uşaqdır böyüyəndə özü seçər sənətini, mən əlbəttə istiqamət verəcəm, amma eçimi özünə buraxacam.

-Əfsuslar olsun ki, bu gün Qazilərimizin bəzi problemləri var. Bu haqda nə deyə bilərsiz?

Cəmiyyətdə Qazilərimizə qarşı böyük diqqət və hörmət var. Küçədə gəzərkən, harasa tədbirə gedərkən, bir məclisə formada gedərkən sanki üzlərdə təbəssüm və təşəkkür hissi duyuruq.  Əlbəttə bu bizim üçün fəxrdir, qürurdur. Amma bununla yanaşı həm də bəzi problemlərimiz var. Əslində bunlar vaxtında həll olunsa heç problemə çevrilməz. Əsas problem əlillik meyarının düzgün aparılmamasıdır. Döyüşdən gələn Qazi onsuz da öz sağlamlığını itirib, psixi travma alıb, hər gün gözlərinin önündə  neçə-neçə döyüş yoldaşları Şəhid olur, o cür dəhşətləri görən yarımcan insanları da burda məmurlar incidir, dövlətin Qazisinə ayırdığı vəsaiti Qaziy verməyə qıymırlar. Qazi də hara müraciət edirsə şikayətinə baxılmır, qrupunu düzgün ala bilmir, vaxtında təqaüdünü təyin etmirlər. Bu isə sonunda intihara gətirib çıxarır.....

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN