Vətən Müharibəsində ölkəmizin suverenliyi, sərhədlərimizin bötüvlüyü, torpaqlarımızın işğaldan azad olunması uğruna canından keçən igid oğullarımızın ailə üzvləri «Təzadlar»a göndərdikləri məktubda SPACE TV-nin fəaliyyətini yüksək qiymətləndirdiklərini yazırlar.

Həqiqətən də kanalda yayımlanan vətənpərvərlik ruhunda hazırlanmış verilişlər diqqətə layiqdir, təqdir olunasıdır, nümunədir.

Məktubda deyilir: «Hörmətli redaksiya! Vətən Müharibəsində ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, həmçinin Birinci Vitse-prezident  Mehriban xanım Əliyeva tərəfindən həmişə ehtiramla yad edilir. Eləcə də şəhid ailələrinə və qazi oğullarımıza həmişə böyük diqqət və qayğı göstərilir.

 Biz, şəhid valideynləri də oğullarımızın qəhrəmanlığı ilə fəxr edirik. Ölkə mediası da şəhidlərin adının əbədiləşdirilməsi, döyüş yolunun öyrənilməsi yolunda böyük səy göstərir. Xüsusilə qeyd etmək istərdik ki, Space TV komandası qəhrəman oğullarımızın döyüş yolunun öyrənilməsinə və təbliğinə həsr etdiyi "Qarabağ Azərbaycandır!" verilişi ölkəmizin müxtəlif bölgələrində- Tovuzda, Lerikdə, Lənkəran, Masallı, Salyan, Dəvəçi, Quba, Qusar, Füzuli, Beyləqan, Xocavənd, Bərdə, Biləsuvar və Bakı kəndlərində şəhid ailələrinin qonağı olur və peşəkar, baxımlı proqramlar hazırlayır. Dəfələrlə biz şəhid valideynlərini dəvət edərək digər rayonlarda yaşayan şəhid valideynləri ilə görüşdürüblər, bu ailələrin həyətlərində abadlıq işləri aparılıb və bu nəcib missiyaya gəncləri də cəlb ediblər. Adlarını qızıl hərflərlə Azərbaycanın şanlı Qələbə tarixinə yazan şəhid oğullarımızın qəhrəmanlığına həsr olunan "Qarabağ Azərbaycandır!" verilişini hazırlayan Space TV-nin kollektivinin,  xüsusilə kanalın rəhbəri hörmətli Müşfiq Hətəmovun vətənə xidmətini, şəhidlərə ehtiramını şəhid ailələri olaraq yüksək qiymətləndiririk.

Hörmətlə:

-Şəhid Rəsad Quliyevin anası Mətanət Quliyeva (Quba);

-Şəhid Elmir Mirzəyevin atası Əvəz Mirzəyev (Xocavənd);

-Şəhid Vahid Abbasovun atası Sahib Abbasov (Binəqədi);

-Şəhid Azər və Şikar Əhmədovlar qardaşlarının anası Ayna Əhmədova (Füzuli);

-Şəhid Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı (Beyləqan);

-Şəhid Emin Bağırovun anası Sədaqət Bağırova (Bakı);

-Şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova (Bakı);

-Şəhid Eldar Sadıqovun qardaşı Şahlar Sadıqov  (Bərdə);

-Şəhid Bünyadəli Pələngovun qardaşı Əbülfət Pələngov (Lerik);

-Şəhid Əli Bayramovun atası Nadir Bayramov (Binəqədi);

-Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı (Bakı);

-Şəhid Emin Bağırovun atası İmran Bağırov (Bakı);

-Şəhid Ruslan Bayramovun atası Telman Bayramov (Bakı);

-Şəhid Tacir Əhmədovun atası Mehdi Əhmədov (Binəqədi);

-Şəhid Zamin Ağayevin atası Zülfüqar Ağayev (Qobustan).

Təqdim etdi: JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN