Ən çox qazanan “Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollar olub

Bloomberg-in dərc etdiyi, xüsusən də şirkət səhmlərinin dəyəri əsasında hesablanan "Bloomberg Milyarderlər İndeksi"nə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 32 milyard dollar artıb.

Rusiya vətəndaşları arasında ən çox qazanmağı "Lukoyl"un təsisçisi Vahid Ələkbərov bacarıb. Onun sərvəti 5,9 milyard dollar artıb, hazırda isə 21,3 milyard dollardır.

İkinci sırada sərvəti 4,98 milyard dollar artaraq 24,8 milyard dollar olan Novolipetsk dəmir-polad zavodunun direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisin qərarlaşıb.

Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin ən zəngin Rusiya vətəndaşı olaraq qalır. İş adamı kapitalını 1,23 milyard dollar artıraraq 29,8 milyard dollara çatdıra bilib.

Ən böyük itki ilə Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov üzləşib. Onun sərvəti 525 milyon dollar azalıb.

Roman Abramoviç 308 milyon dollar (ümumi sərvət 7,51 milyard dollar), Vyaçeslav Kantor 243 milyon dollar (6,12 milyard dollar) itirib.

Xatırladaq ki, 2012-ci ilin mart ayından etibarən xəbər agentliyi planetin 500 ən zəngin adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən "Bloomberg Milyarderlər İndeksi"ni dərc edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN