Oktyabrın 14-də bəzi xəbər agentlikləri, onların ardınca isə çoxsaylı blogerlər yazmağa başladılar ki, guya İran İsrailə “ultimatum elan edib” və İsrail Müdafiə Qüvvələri (SAHAL) Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarına qarşı quru əməliyyatına başlayarsa,  İsraili “müharibə” ilə hədələyb və aydındır ki, İran bunu sensasiya, bir anlıq şöhrət qazanmaq naminə etdi.

TEZADLAR.AZ xəbər verir ki, rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Yuryeviç  Kuznetsov bu barədə “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində açıqlayıb.

***

“...Ərəblərlə çiyin-çiyinə yaşamağa hazırdırlar, lakin ərəb radikallarının liderləri onlara belə bir hüquq və imkan tanımır.”

“Bir gün keçdi və hər şey bir çox KİV-in ilkin məlumatlarından uzaq oldu. Mən də reallıqda nə baş verdiyini və bunun Rusiyanın Cənubi Qafqazdakı qonşularına necə təsir edəcəyini anlamaq qərarına gəldim. Birincisi, siz başa düşməlisiniz ki, son vaxtlar haqqında bu qədər çox yazılan Qəzza zolağı nədir?

Əminəm ki, bu coğrafi obyekt haqqında eşidən oxucuların 99%-nin, əslində orada nə olduğu barədə heç bir fikri yoxdur. Bu, Aralıq dənizi sahilinin nisbətən kiçik bir sahəsidir - İsrailin cənub hissəsində sahil boyunca şimaldan cənuba 80 km və qərbdən şərqə 25 km materikin dərinliklərində - üç tərəfdən yəhudi dövlətinin ərazisi ilə əhatə olunur, dördüncü tərəfdən isə dəniz suları ilə yuyulur.

Orada, 2000 kv. km-lik ərazidə bir milyondan çox ərəb yaşayır (mən onları prinsipcə fələstinli adlandırmayacağam, çünki Fələstinin rəsmi olaraq elan edilmiş dövlət və ya ərazi statusu yoxdur və formal -hüquqi baxımdan ölkə deyil).

Qəzza zolağı İordan çayının qərb sahili ilə birlikdə, yəhudi İsrail dövlətini fiziki olaraq məhv etdikdən sonra onları gələcək Ərəb Fələstin dövlətçiliyinin milli nüvəsi hesab edən ərəb administrasiyasının rəhbərliyi altında özünü idarə edən ərazilərdir. 

Ərəblərdən fərqli olaraq, israillilər etnik tərkibinə görə çoxmillətli İsrail vətəndaşlarıdır”, - deyə bildirir.

“Əsrin dörddə üçü ərzində İsrail ərəb dünyası ölkələrindən özünün fiziki məhv edilməsi cəhdlərini uğurla dəf etdi və bu tarixçə bu günə qədər davam edir”

Politoloq İsrailin uzun illərdir ərəblərin onlara qarşı məhv etmə müharibələrində həmişə qələbə qazandığını da diqqətə çatdırıb.

“Xahiş edirəm, onları dininə  görə etnik yəhudi və ya iudeylər ilə qarışdırmayın və ya eyniləşdirməyin - onlar ölkə əhalisinin üçdə birindən çox deyil (hər israilli mütləq yəhudi və  ya iudey deyil, hər yəhudi və yaxud iudey də mütləq israilli deyil,  məsələn, Ukrayna prezidenti Vladimir Zelenski yəhudi olsa da, qətiyyən israilli deyil və heç bir halda iudey də deyil), həmçinin aqressiv və qaniçən də deyillər, qarşılıqlı neytrallıq şərti ilə ərəblərlə çiyin-çiyinə yaşamağa hazırdırlar, lakin ərəb radikallarının liderləri onlara belə bir hüquq və imkan tanımır.

Bunun nəticəsində, 1948-ci ildən - yəhudi İsrail dövlətinin elan edildiyi və onun mövcudluğu faktının BMT tərəfindən təmsil olunan beynəlxalq ictimaiyyət tərəfindən tanındığı andan etibarən, Yaxın Şərq bölgəsi aramsız milli-dini müharibələrlə silkələnir və qələbəni də dəyişməz olaraq israillilər qazanır.

Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı indiki müharibə artıq on ikinci ərəb-İsrail müharibəsidir. Əvvəlkilər: 1948-1949, 1956, 1967, 1969-1970, 1973, 1982, 1987-1993, 2002, 2006. 2008- 2009, 2012 -ci illərdə baş verib.

Əsrin dörddə üçü ərzində İsrail ərəb dünyası ölkələrindən özünün fiziki məhv edilməsi cəhdlərini uğurla dəf etdi və bu tarixçə bu günə qədər davam edir”, - tarixçi alim deyir.

“Qəzza zolağının ərəbləri necə işləməyi bilmirlər, istəmirlər və işləməyi sevmirlər...”

“İran münaqişəyə mümkün müdaxilə ilə bağlı bəyanatıyla onun siyasi, maliyyə və hərbi-texniki dəstəyindən yararlanan HƏMAS yaraqlılarını tamamilə fiziki məhvdən xilas etmək üçün bu tarixi ənənəni necəsə pozmağa çalışır.

Qəzza zolağının ərəb əhalisi çox müxtəlif və ziddiyyətli sosial mənzərə təqdim edir; ümumiyyətlə, onların bir nəfər kimi HƏMAS-ı dəstəklədiyi güman edilir, lakin reallıqda bundan uzaqdır.

Qəzza zolağının ərəbləri necə işləməyi bilmirlər, istəmirlər və işləməyi sevmirlər, onlar xarici mənbələrdən - Avropa İttifaqından (ildə 2 milyard avro), ərəb şeyxlərindən, İrandan ayrılan sponsorluq vəsaitləri hesabına yaşamağa üstünlük verirlər”, - deyə vurğulayıb.

Onun sölərinə görə, bölgədə yalız HƏMAS liderləri və qohumları daha yaxşı yaşayırlar.

“Bölgəyə daxil olan bütün maliyyə axınları HƏMAS rəhbərliyi tərəfindən idarə olunur, əhalinin gündəlik ehtiyaclarına xidmət edən bütün orta və kiçik müəssisələr xəraca cəlb edilir (Rusiyada “cəsarətli 90-cı illərdə” olduğu kimi), sahibkarlıq azadlığı yoxdur, ərəblər pul qazanmaq üçün hər gün nəzarət - buraxılış məntəqələrindən keçərək İsrailə gedib-gəlirlər.

Qəzza və onun ətrafında yaşayan 1,1 milyon insanın təxminən 300 minini təşkil edən bu bölgədə yalnız HƏMAS liderləri və fəalları, ailələri və qohumları ilə birlikdə nisbətən yaxşı yaşayırlar. Onun özünün böyük sənayesi və ya enerji sektoru yoxdur, elektrik enerjisi İsraildən gəlir.

Buna görə də Qəzza zolağında HƏMAS üçün mahiyyətcə “insan qalxanı” olan 800 min ərəbin ərəb radikalları ilə birlikdə ölməmək üçün indi SAHAL komandanlığının bütün əmrlərini belə itaətkarlıqla yerinə yetirməsi təəccüblü deyil”, - deyə qeyd edir.

“Çox güman ki, heç nə, Tehran blefləyir...”

“İran hakimiyyəti, şübhəsiz ki, bu vəziyyətdən yaxşı xəbərdardır və buna baxmayaraq, İsrailin ünvanına iki dəfə xəbərdarlıq ediblər: birinci dəfə BMT vasitəsilə diplomatik kanallarla, ikinci dəfə isə Qətər əmiri vasitəsilə dilə gətiriblər. Qətər əmirinin bununla nə əlaqəsi var? - soruşsanız, haqlı olacaqsız.

İntriqa ondan ibarətdir ki, İranla son danışıqlarda ABŞ rəsmiləri xoşməramlı jest olaraq, Qətər bankları vasitəsilə ölkəyə daxil olmalı olan Cənubi Koreya banklarında sanksiyalar nəticəsində dondurulmuş 6 milyard İran dollarını rəsmi Tehranın ərzaq və dərman alması üçün sərbəst buraxmağa razılaşıblar”, - Kuznetsov xatırladır.

Onun iddiasına görə, Tehran nümayəndələrinin niyyəti Qətər əmirini qorxutmaq olub.

“Lakin HƏMAS-ın Cənubi Livana hücumu səbəbindən yenidən dondurulduğu üçün bunu etmədilər. Tehranın nümayəndələri Qətər əmirini İranın İsrailə qarşı müharibə təhlükəsi ilə qorxutmağa gəlmişdilər, lakin bu, İsrail rəhbərliyinin və SAHAL komandanlığının HƏMAS-ı mərkəzləşdirilmiş hərbi-siyasi struktur kimi məhv etmək istəyinə mane olmadı.

Bəs, İran anti-İsrail hücumları həyata keçirməyə təhrik etdiyi HƏMAS hərəkatının döyüş meydanında tamamilə məğlub olduğu hazırkı vəziyyətdə nə edə bilər?

Çox güman ki, heç nə, Tehran blefləyir.

Amma dövlətin xarici siyasətini necə təşkil etməsi ilə bağlı bir aksioma var ki, diplomatlar ölkənin siyasi rəhbərliyinə beynəlxalq münasibətlərin inkişafı üçün əlverişli, kəşfiyyatçılar isə əlverişsiz ssenari təklif edirlər.

Odur ki, Tehran qəfildən Yerusəlimə (Qüdsə) müharibə elan edib ona daxil olarsa, onda mən vəziyyətin ən pisini gözləməyə davam edəcəm”, - o, bildirir.

“İran İsrailə hücum edərsə, onun məğlubiyyətə uğramasına bir neçə həftə lazım olacaq”

“Əvvəla, qeyd etmək lazımdır ki, ağlı başında və siyasi cəhətdən düzgün mətbuat İran tərəfinin qətiyyən inanılması mümkün olmayan yuxarıda qeyd olunan bildirişi, İsrail tərəfinə hansı diplomatik protokolla - şifahi nota, yazılı nota, etiraz notası, memorandum və ya rəsmi ultimatum olub-olmaması barədə məlumat vermədi.

Bu cür fundamental təfərrüatlar haqqında dəqiq məlumat olmadan, məsələnin pərdəarxası dedi-qodulardan və ya İran Xarici İşlər Nazirliyinin bəyanatlarından nə qədər irəli getdiyinə dair nəticə çıxarmaq çox çətindir və hətta mümkün deyil, baxmayaraq ki, Yaxın Şərqdə, tarixin göstərdiyi kimi, diplomatik etiket xüsusi diqqətə alınmır və buna görə də həmişə orada yalnız qalib gələn haqlıdır.

HƏMAS hərəkatı belə etdi, SAHAL onun hücumuna məhz belə cavab verdi.

Ona görə də İran və ya İsrailin ilk dəfə deyil ki, xəbərdarlıq etmədən hücuma keçməsi mümkündür”, - Oleq Kuznetsov bildirir.

O, İranın İsrailə hücum edəcəi təqdirdə, özündən qat-qat üstün hərbi-texniki resurslara malik başqa bir hərbi koalisiya ilə üz-üzə gələcəyindən və cəmi bir neçə həftəyə darmadağın ediləcəyi barədə fikrini də irəli sürür.

“Beynəlxalq münasibətlər məsələsində az-çox məlumatlı olan hər kəsə aydındır ki,  İranla müharibə vəziyyətində İsrailin arxasında ABŞ dayanacaq, çünki artıq Aralıq dənizində “Gerald Ford” və “Duayt Eyzenhauer” aviadaşıyıcılarından ibarət iki dəniz gəmisi zərbə qrupunu cəmləşdirib.

İki oxşar AZQ (Aviadaşıyıcı Zərbə Qrupu) indi Koreya yarımadasının yaxınlığında yerləşir və bir neçə gün ərzində Fars körfəzinə yaxınlaşa biləcək. Böyük Britaniya da İsraili dəstəkləmək üçün ordusunu göndərməyə hazır olduğunu açıqlayıb.

Bundan əlavə, ABŞ coğrafi baxımdan İrana çox yaxın olan Bəhreyndə 5-ci Hərbi Dəniz Donanmasının komandanlığına da malikdir.  Həmçinin AUKUS hərbi-siyasi bloku çərçivəsində öhdəliklərlə ABŞ və Böyük Britaniya ilə bağlı olan Avstraliya da nisbətən yaxındır.

Ona görə də İsrailə hücum edəcəyi təqdirdə, rəsmi Tehran ABŞ-ın 1950-1953-cü illər Koreya müharibəsindən bəri sevdiyi kimi, qat-qat üstün hərbi-texniki resurslara malik başqa bir hərbi koalisiyaya qarşı çıxacaq. İranın məğlubiyyətə uğramasına isə bir neçə həftə lazım olacaq.

Hadisələrin inkişafından da göründüyü kimi, sağlam düşüncəyə malik heç bir insanın Qəzza zolağında HƏMAS-ın başına bunun necə gələcəyinə şübhəsi də yoxdur”,- o, deyir.

“Azərbaycanın ağacı silkələməyə ehtiyacı qalmayacaq, meyvənin özü onun əlinə düşəndə...”

İndi məqalənin başlığında verilən suala cavab vermək qalır: İran və İsrail arasında müharibə Cənubi Qafqaz regionuna necə təsir edəcək?

Politoloq diqqətə çatdırıb ki, İran Ermənistanı və Zəngəzur dəhlizini qorumaq bəhanəsi ilə sərhədə qoşun yığıb.

“İran hazırda Azərbaycan və Ermənistanla sərhəddə sonuncunun ərazi bütövlüyünü qorumaq və onun ərazisindən Azərbaycan və onun eksklavı Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasına mane olmaq bəhanəsi ilə 150 minlik hərbçi qrupunu cəmləyib.

Əgər İran HƏMAS-ın qalıqlarının müdafiəsi üçün silahlı qarşıdurmaya girərsə, o zaman bu qruplaşma İsrail və onun müttəfiqləri tərəfindən real döyüş effektivliyini itirmək perspektivi ilə hücumların hədəfinə çevriləcək.

Və o zaman Naxçıvana gedən nəqliyyat dəhlizinin taleyi Azərbaycan üçün asan və sadə həll olunacaq: ağacı silkələməyə ehtiyac qalmayacaq, meyvənin özü onun əlinə düşəndə davam etmək kifayət edəcək”, - deyə sonda Oleq Kuznetsov nəzərə çatdırır.

Sonda: Ultimatum haqqında yazan məlumat mənbələri artıq bildiriblər ki, İranın BMT-dəki nümayəndəliyi İsrailin İrana zərbə endirmədiyi təqdirdə HƏMAS-ın işini bitirməsinə mane olmayacağını bəyan edib...

Təqdim etdi:

Yasəmən MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN