Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkmişlərin ittihamları onu şoka salır...
"Onların məqsədi bizim kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi", -deyən zərərçəkmiş Salman Rəhimov əlavə edib: "...Hadisə vaxtı mən və bacım ayağımızdan, çiynimizdən güllə yarası aldıq. Səsucaldıcı ilə hamımızı çölə çıxarıb, gülləbaran etdilər. Kəndimiz minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulurdu. Nənəm baş nahiyəsindən güllə yarası almışdı. Bu hadisələrdə daha çox Badara kəndinin sakinləri iştirak edirdilər. Bütün kəndi mühasirəyə alıb məhv etmək istəyirdilər. Hücum edənlərin başında elə Vaqif Xaçatryan dayanırdı. Daha sonra Valeriy, Armais, Ermes adında olan erməni hərbçilərin dəstəsi qəddarlıq edib. Məhkəmədən Vaqifin ən ağır cəza almasını tələb edirəm".
Tezadlar.az xatırladır ki, digər zərərçəkmiş Niyazi İbadullayev isə bildirib ki, yaralıları kənddən çıxarmaq istəyəndə Vaqifin dəstəsi qohumlarını "UAZ" markalı avtomobildə güllələyiblər: "Hadisə vaxtı mən kənddə olmamışam. Kəndin yuxarı hissəsində Şam bağı deyilən ərazidə qardaşım Nadir Babayev şəhid olub. Onu qətlə yetirən isə Vaqifin dəstəsi olub. Orda Armais və Ermes də olub...".
Bu caninin məhkəməsi davam edir...
XƏYYAM