Müğənni sayılan Nura Suri telekanalların açıq-saçıq geyinən müğənniləri efirə buraxmadığından danışarkən belə deyib: “Müğənni açıq-saçıq geyinməlidir. Bu, normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir”.

P.S. Əvvəla, o hansı telekanaldır ki, açıq-saçıq geyinən müğənniləri efirə buraxmır? Mən şəxsən belə şey eşitməmişəm, görməmişəm... Necə deyərlər, yalansa gerçək olsun. Ikincisi, adamın başının üstündə Allah var, ciyəri yanmış bu Nura xanım düz deyir dayna. Müğənni efirə açıq-saçıq geyinməmiş çıxsa, elə bil bozbaşı soğansız yeyirsən. Mən bununla indiki müğənnilərin əksəriyyətinin bozbaş olduğuna işarə eləmirəm haa... Ətövbə, elə şey ola bilməz. Əlbəttə, müğənni açıq-saçıq geyinməsə, sponsor tapa bilməz axı... Sponsor da sənəti, sənətkarı və xanım gözəlliyini qiymətləndirməyi bacaran insanlardır. Necə deyərlər, “zər qədrini zərgər bilər”. İndi bu zərgər sponsorlar efirdə müğənni xanımların bütün əzalarını və bədəninin “razmer”ini, yəni 90-60-90 ölçüdə olduğunu görməlidir ki, qiymətləndirmə də ölçüyə uyğun olsun. Məhz bu səbəbdən də, xanım müğınnilər efirə açıq-saçıq geyinib çıxmalıdırlar ki, sənət, sənətkar, mədəniyyət və bədəniyyət inkişaf edə bilsin.

***

Müğənni Röya Ayxan videoçəkiliş zamanı müvazinətini itirib və yerə yıxılıb. Sonra bu anı əks etdirən kadrları paylaşaraq belə yazıb: “Özüm yıxıldım, özüm də qalxıram”.

Ay başınıza dönüm, bu Röyanın yıxılması məgər birinci dəfədir ki? Rəhmətliyin qızı, yıxılmağa, Məşədi İbad demiş, bir növ adətkarda olub. Bir də ki, adama deyərlər, a canı yanmış, özü yıxılan özü qalxmalıdır dəə... Özü yıxılanı kimsə gəlib qaldırmalı deyil ki? Bəlkə yıxılmaq Röyaya xoş gəlir və o uzun müddət qalxmaq istəmir? Hələki yıxılan hər hansı müğənnini sponsordan başqa heç kim ayağa qaldıra bilmir. İndi Röyadır, yıxılıb, görüb ki, heç bir xeyri yoxdur, ona görə də dərhal özü ayağa qalxıb. “Vot i vsyo”. Yox bir, özü yıxıldı, özü də qalxdı.

***

Verilən xəbərə görə, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun xanım yeni sevgilisi ilə Parisdə nikah bağlayacağını bildirərək, “7 tamam” verilişində belə deyib: “Biz qərara gəldik ki, nikahımız Parisdə olsun. Bakıda, ancaq xanımların olduğu böyük xına məclisi edəcəyəm...”.

P.S. Aysun xanım gənc olduğu üçün, hələ də insanları tanıya bilmir. Ona görə də Bakıda nikahda olduğu birinci evlilik yaxşı alınmadı və boşandılar. İndi ermənilərin bol olduğu Parisdə bağlanan nikahın gələcəyi heç də yaxşı görünmür. Yəni, düşər-düşməzi olar. Əşi, mən dedim axı, Aysun xanım hələ gəncdir, nə yaşı var ki? Məhz belə nikahlar ona bəzilərini tanımağa imkan verəcək və bir neçə belə nikahdan sonra, özünə babat bir bəylə nəhayət, ömürlük bir yerdə yaşamağa qərar verəcək. Elə anası Rəqsanə xanımın da bir neçə belə nikahdan sonra, axır ki, uzun illərdir, deyəsən, bir ərlə normal yaşayır. Necə deyərlər, Allah xoşbəxt eləsin.

***

Avropa İttifaqı (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Cozef Borrel 25-ci Aİ - QHT İnsan Hüquqları Forumunda çıxışı zamanı qeyd edib ki, Qarabağı 150 min erməni tərk edib.

P.S. Qarabağda 10-15 min olmayan ermənilərin sayını baş nazir N.Paşinyan 120 min göstərməklə, C.Borreldən insaflı imiş ki... Bu gedişlə bir neçə ildən sonra Qarabağdan gedən ermənilərin sayı 1,5 milyon nəfərə çatdırılacaq. 1915-ci ildə də belə olub. Türkiyənin düşmənləri ilə birləşib ona arxadan zərbə vuran və buna görə də ölkədən deportasiya edilən 10-15 min ermənin sayı bir neçə ildən sonra 1,5 milyon nəfərə çatdırıldı. Halbuki o dövrdə heç dünyada 1,5 milyon nəfər erməni yox idi. Özü də deportasiya yox, guya bu qədər erməni genosid olunub. Elə indi də Ermənistanda təxminən 1,5 milyon nəfər erməni yaşayır. Nə oldu, 100 ildə bu daşnakların sayı artmadı? Yenə azərbaycanlılar Ermənistanda yaşayanda ermənilərin demoqrafik artımına öz “töhfələrini” verirdilər. Ona görə də ermənilərin sayı 3,5 milyon nəfərə çatmışdı. Son 30 ildə azərbaycanlılar Ermənistandan qovulandan sonra ermənilərin sayı azalaraq 1,5 milyon nəfərə düşüb. Bax, azərbaycanlılarsız belə qırılıb qurtaracaqsınız ha, köpək uşağı.

***

Dekabrın 6-da ADA Universitetində 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı Beynəlxalq Forumda, Prezident İlham Əliyev Ermənistanla gözlənilən sülh prosesindən danışarkən belə deyib: “Suverenliyini qorumaq üçün yaxşı qonşu olmalısan”.

P.S. 44 günlük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra İlham Əliyevin Ermənistana ünvanlanmış hər sözü ermənilərdə təşviş və təlaş yaradır ki, vaxsey, İlham Əliyev nəsə deyirsə, deməli, mütləq edəcək. İndi də Prezidentin “suverenliyini qorumaq üçün yaxşı qonşu olmalısan” mesajının dərin mənası odur ki, əgər tezliklə sülhə gəlməsən, suverenliyini məhv edərək, İrəvana-dədə-baba torpaqlarımıza qayıdacağıq. Ona görə də ermənilər qorxuya düşüblər ki, İlham Əliyev deyirsə, maşınla Zəngəzurdan keçəcəyəm, deməli, o maşın İrəvana da gəlib çıxacaq. Ermənilər elə beləcə qorxsalar yaxşıdır. Çünki bu gedişlə Ermənistan öz suverenliyini itirəcək və biz də boş qalmış tarixi torpaqlarımıza qovuşacağıq.

***

Qəzetlərin birində Ermənistana silah satan ölkələrdən bəhs edilən yazıya belə başlıq qoyulub: “Fransa və Hindistan yararsız silahları Ermənistana sırıyır...”

P.S. Fransanı başa düşdüm, prezident Makron erməni qanlıdır. Bəs bu Hindistan niyə birdən-birə yuyulmamış çömçə kimi özünü soxub ortalığa? Həə... yadıma düşdü. Bu ermənilər Hindistan qaraçılarından əmələ gəliblər axı. Qan çəkir dayna. Deməli, Hindistan özünün qaraçı günündə olmasına baxmayaraq, uzaqda da olsa, öz qaraçılarını unutmur. Belə yerdə deyiblər e, yeznəsi gülüm olanın başına külüm olub. Amma heyif ki, vaxtilə hind filmlərinə baxmağa nə qədər vaxt sərf eləmişik...

***

Müğənnilər Könül Kərimova ilə Hacı Nazim Məmmədovun bir-birlərini öpmək istəməsi əks olunan fotoları sosial şəbəkədə tənqid olunub. Bir izləyicinin “yaşının bu vaxtı bu nədir” şərhinə Könül xanım belə cavab verib: “Hə, demə, demə”.

P.S. Şou əhli olan müğənnilərin səhnədə öpüşməsi, qucaqlaşması, oxuyub-oynayarkən sinəsinin hoppanıb çölə çıxması, şpaqat açması, dombalaq aşması... adi haldır. İndi həmin izləyici 55 yaşlı Könül Kərimovanın Hacı Nazimlə öpüşmək istəməsini tənqid edib ki, bu yaşda bu nə hərəkətdir? Mən başa düşə bilmirəm, bu izləyicinin Könül xanımı belə tənqid etməkdə məqsədi nədir? Sən öləsən, bu izləyicilər lap ağını çıxarıblar e, mən ölüm...

***

2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə bu il dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu xəbər elan olunandan sonra, hamı baş sındırır ki, İlham Əliyev onsuz da hamının qəbul etdiyi qalib Prezidentdir, bəs onda bu növbədənkənar prezident seçkilərinin keçirilməsi nəyə lazımdır?        

P.S. Deməli, məsələ belədir. Məlum olduğu kimi, 2018-ci ildə də növbədənkənar prezident seçkiləri keçirildi. Bəs nəticəsi nə oldu? Nəticəsi o oldu ki, 2 ildən sonra, yəni 2020-ci ildə, 30 il işğalda olan Qarabağ torpaqları azad edildi. İndi yəqin 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra 100 ildən çoxdur işğalda olan Zəngəzur, Göyçə, Dərələyəz və nəhayət, İrəvan torpaqları, işğalçı erməni daşnaklarından azad ediləcək. Növbədənkənar Prezident seçkilərinin keçirilməsinin bundan başqa bir yozumu yoxdur.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN