...Efirlərimizi indi dünya izləyir, bizi də elə tanıyırlar...

Amma efirlərimizdə at oynadanlar bizi dünyaya əri ilə dil tapmayan, gəlini ilə dalaşan və söyüşən, arvadı ilə mırtdaşan, oğlu ilə mal davasına çıxan... adamlarla tanıdırlar. Məqsəd nədir? Özünü reklam, yoxsa efirinə reytinq qazandırmaq?! Belə efir qoçularını tənqid edəndə isə bəhanələri bu olur ki, camaat belə verilişlərə baxır dəəəə! Yox, elə deyil. Efir sənindir, bu o demək deyil ki, küçədə qabağına keçəni tut gətir ictimai təqdimata çıxart! Sovet vaxtı efirdəkiləri özümüz görürdük, indi dünya baxır, bizi belələri ilə tanıyırlar... Hər gün uşağa şokolad göstərsən, o hər yerdə şokoladdan danışacaq...

elgiz

Efirdə alimi göstər, hamı alimlikdən, müdriki göstər-hamı müdrik adamlardan danışacaq... Məsələ belə çox sadədir. Amma belə sadə məsələni mürəkkəbləşdirənlərin qarşısını alan yoxdur. Efirə oğlu ilə dil tapmayan ananı çıxardırsan, sonra da deyirsən ki, camaat buna baxır, biz neyləyək? Yəni, TV-lərdə rəhbərlik pul haqqında düşünəndə, bu ölkənin imicini də düşünməlidir... Azərbaycan Respublikasının Audiovizual Şurası var, təəssüflər olsun, Şuranın rəhbərliyi ictimai narazılığa səbəb olan belə verilişlərin qarşısını almır... Hansı özəl kanalı açırsan, lağlağı, qeyri-ciddi seriallar və müəllif verilişləridir... Ona görə də tamaşaçılar da bezib xarici kanallara baxmalı olur...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN