Dünəndən paytaxt Tbilisidə parlament binası önündə, Batumidə isə hökümət evi qarşısında “Avropaya bəli” Rusiya qanununa yox!” şuarları ilə aksiyalar keçirilir.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, aksiya səbəbindən Tbilisidə Rustaveli prospekti bağlanıb. Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib. Aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə müxtəlif məzmunlu pankartlar gətiriblər. Etirazçıların sözlərinə görə, bu gün gənclərin gələcəyi həll olunur və onlar Avropanın təhsil və səhiyyə xidmətlərini almaq imkanlarını itirməyə imkan verməyəcəklər.

Mitinq iştirakçıları hakimiyyəti “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini dayandırmağa çağırış ediblər.

Xatırladaq ki, dünəndən parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə müzakirəyə çıxarıb. Prezident əleyhinə, baş nazirin komandası isə lehinə çağırışlar edir... Ölkə əhalisi isə Avropaya "hə!" deməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN