...Azərbaycanla İsrail arasındakı qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin tarixi böyükdür.

Böyük olduğu qədər də, sərhədsizdir. Tarixi faktlar da təsdiqləyir ki, dünya yəhudi təşkilatlarının diqqəti  Azərbaycanı hələ 1810-cu ildən cəlb edib. O dövrlərdə aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. Daha bir tarixi fakt: 1870-ci ildə Bakıda neft çıxarılandan sonra Azərbaycana yəhudi biznes nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel Azərbaycanda fəaliyyətə başlayıblar.

XXX

 Hazırda Bakıda yəhudilərin 3 sinaqoqu var və bir  sinaqoq da Qubada, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət olub. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəman  Albert Aqarunovun adı həmişə xüsusi olaraq xatırlanır.

Onu da xatırladaq ki, 25 dekabr 1991-ci il tarixdə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri xüsusi önəm verib. Məsələn, 28 yanvar 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda İsrailin Xarici İşlər Naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin Baş Naziri İshaq Rabinlə, 11 yanvar 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin Baş Naziri Şimon Pereslə, 2 dekabr1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Hətta 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib.

 Hələ o vaxt Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirərək deyirdi: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."

 Nəhayət, 2000-ci il 6 sentyabr tarixində Prezident Heydər Əliyev ABŞ-da olarkən İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb. Tanınmış hüquqşünas və politoloq Adil Minbaşı bu mövzuda söhbət edərkən «Təzadlar»a olduqca maraqlı, tarixi  fotoşəkil təqdim etdi və bildirdi ki, İsraillə Azərbaycan arasında olan dostluq münasibətlərinin möhkəmlənməsi hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bərqərar olub.

Daha bir maraqlı fakt: sən demə, həmin dövrdə İsrailin baş naziri, eləcə də bəzi nazirlər və xarici nümayəndələr Adil Minbaşının şəxsi qonağı da  olmuşlar.

***

Adil Minbaşının «Təzadlar»a təqdim etdiyi fotoşəkildə isə olduqca görkəmli şəxslərin adları var: belə ki, təqdim etdiyimiz şəkildə 3-cü şəxs Brofman o zaman İsrail Parlamentində Azərbaycan-İsrail dostluq qrupunun rəhbəri olub və «Təzadlar»ın yaxın dostu, istəkli Mark Qorin isə onun müavini olmuşdur.

İsrailli oxucuların diqqətinə fotoşəkildəki tanınmışları bir daha rus dilində təqdim etməli olduq: «2000 год. Спецассамблея ООН. Встречи глав государств. Слева направо: Президент Азербайджана Гейдар Алиев, Премьер-министр Израиля Эхуд Барак, депутат Кнессета Роман Бронфман (Из личного архива Марка Горина, главного редактора израильского русскоязычного тв-канала АВЫВ).

***

Bəli, İsrail-Azərbaycan dostluğunun tarixi qədim olduğu qədər də möhkəmdir, əbədidir…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN