Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq. Daxili İşlər, Rəqəmsal İnkişaf və Rabitə nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir.

XXX 

"Təzadlar"ın Araşdırma Qrupunun özəl müşahidələri isə göstərir ki, paytaxda tıxacları yaradan iki səbəb var: biri əsas yollarda, məsələn, Babək və 8 noyabr prospektlərində sürət həddinin 60 km/saat sürət həddinə endirilməsidir. Məsələn, bu gün hər iki prospektlərdə mərkəz istiqamətində anormal və süni tıxac yaranmışdı. Çoxsaylı nəqliyyat vasitələri aşağı sürət həddinə görə süni sıxlığa məruz qalır, nəticədə adi bir yerdə işıqfor yanan kimi yüzlərlə avtomobil bu tıxacın qurbanına çevrilmişdir. 

Digər səbəb isə genişləndirilməyən yolların avtobuslar üçün ayrılmasıdır. Məsələn, bu gün Babək prospektindən şəhər istiqamətinə "Maşın bazarından" gələrkən məlum olurdu ki, təxminən 2 km- lik yolda avtobuslar üçün ayrılmış zolaqda bir avtobus belə yoxdur, amma sol iki zolaqda minlərlə avtomobil süni surətdə tıxaca yüklənib. Sürət həddinin də aşağı olması səbəbindən sonradan hərəkət zamanı yollar süni yüklənməyə məruz qalır.

TƏKLİFİMİZ: YAXŞI OLAR Kİ, AVTOBUS ZOLAQLARI BOŞ OLARKƏN DİGƏR NƏQLİYYAT VASİTƏLƏRİ HƏMİN YOLDAN İSTİFADƏ ETSİN! Avtobus yola çıxarkən isə həmin avtomobillər avtobusların zolağını tərk etsin.

Sonda: avtobus zolağına çıxan nəqliyyat vasitələrinin guya tıxaca səbəb olması qeyd edilir. Bəs paytaxtın digər küçələrində həlli mümkünsüz görünən tıxacları kim və nə yaradır? Bu suala da cavab tapılmalı və baiskarlar cərimələrə məruz qalmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN