Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevin işi Baş Prokurorluqda araşdırılır...

Araz.az Media Qrupuna verilən məlumata görə, Allahverən Əliyev ötən həftə Azərbaycan Seçki Məcəlləsinin müxtəlif maddələrini kobud surətdə pozaraq uzun illərdir PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev tərəfindən Ağdamdan deputat etdirilən Bəxtiyar Əliyevin yenidən rayondan deputatlığa namizədliyinin təbliğatına qoşulmuşdur. O, bununla da qanunla qadağan edildiyi halda, inzibati resurslardan Bəxtiyar Əliyevin təhriki ilə onun xeyrinə istifadə etmişdir. Bu isə digər namizədlərin seçki hüquqlarının kobud surətdə tapdanması, Seçki Məcəlləsinin tələblərini ciddi şəkildə pozmaq deməkdir. Hansı ki, bu dəfəki növbədənkənar seçki Prezident İlham Əliyevin siyasi iradəsinin məhsuludur.

Beləliklə, Ağdam 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd Asif Millət oğlu Məmmədov (Asif Mərzili) Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət etmişdir.
Baş Prokuroluqdan isə bu gün deputatlığa namizəd Asif Mərziliyə cavab gəlmişdir. Deputatlığa namizədin səlahiyyətlisi, Qarabağ Müharibəsi veteranı, jurnalist Elçin Məmmədli araz.az- a bildirdi ki, Baş Prokurorluqdan deputatlığa namizədin seçki qərərgahına belə bir məzmunda məktub daxil olmuşdur:

"Azərbaycan Respublikasının Baş Prokurorluğu

Asif Məmmədov Millət oğluna. Sizin 24-174-01-02-004425 nömrəli müraciətinizin icrası təqdim edilmiş maddi sübutlarla birlikdə aidiyyəti üzrə həvalə edilmişdir. İcrası barədə Sizə əlavə məlumat veriləcəkdir.

Hörmətlə: Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi"

***

Elçin Məmmədli bizə şikayət məktubunun surətini də təqdim etdi.

Məktubda yazılır:

"Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Çox hörmətli Kamran müəllim.

 Mən müstəqil namizəd olaraq 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədəm və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat və təşviqat fəaliyyətimi həyata keçirməkdəyəm. Lakin həmin dairədən deputatlığa namizəd (20 ildir Ağdamdan deputatdır) Bəxtiyar Həmzə oğlu Əliyev deputat olduğu 20 il ərzində seçiciləri ilə görüşüb onlarla bir millət vəkili kimi təmas qurmadığından indi təbliğat və təşviqat fəaliyyətini qura bilmir, nəticədə, qanunsuz əməllərini həyata keçirməkdədir. Məsələn, o, bütün məntəqələrdəki sədrlərə və ya digər məsul şəxslərə belə bir feyk məlumat yaymışdır ki, guya o yenə də deputat olacaq və s. Mənə təmasda olduğum seçicilərim də bunu bildirirlər. Bu fakt nəinki cənab Prezident İlham Əliyevin şəffaf və ədalətli seçki keçirilməsi barədə ortaya qoyduğu siyasi iradəyə arxa çevirməkdir, həm də seçicilərin seçki ruhunu öldürməkdir.  

Bir neçə kənddə seçiciləri tərəfindən olduqca pis münasibətlə qarşılanıb qovulanB.Əliyev indi başqa bir qanunsuz yola əl atmışdır. O, artıq neçə dəfədirseçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti  başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyev, eləcə aidiyyəti icranümayəndələrinin iştirakı başqa rəsmi şəxslərlə gedir. Bu isə Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozulması deməkdir. Mən neçə dəfədir təkrarlanan bu qanunsuzfəaliyyətə reaksiya verməməyə çalışmışam, çünki məni uzun illərdir Ağdamrayon sakinlərinin problemlərinin həllinə dəstək verən bir jurnalist, qəzet rəhbərikimi rtanıyırlar.  Lakin dünən-avqustun 20-də baş verən hadisə məni Sizəmüraciət etməyə sövq etdi. Belə ki, o, həmin gün saat 11:00 radələrində rayonun«Dördyol-1» köçkün qəzəbəsində, sonra isə digər məntəqədə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevi RİH-nin başqa bir şöbə müdirini, icra nümayəndəsini öz təbliğatına cəlb etmişdir. Bu barədə seçicilərim tərəfindən mənə video-görüntütəqdim edilmişdir. A.Əliyev B.Əliyevlə birlikdə məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranır ki, deməli, Bəxtiyar Əliyev yenə də qutudan deputat kimi çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan parlament seçkilərinin qəsdən gözdən salınmasına xidmət edir. Neçə gündür seçicilərim mənə zəng edir ki, bəs, xəbər yayılıb, B.Əliyev deputat olacaq. Deyirəm, bu məlumat sizdə hardandır, deyirlər ki, Allahverən Əliyev onunla təşviqat aparırsa, bu artıq o qənaəti ortaya qoyur və s.  

Hesab edirəm ki, Bəxtiyar Əliyev və Allahverən Əliyev Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün B.Əliyevin namizədliyi ləğv olunmalıdır və onun, eləcə də Allahverən Əliyevin əməllərinə hüquqi qiymət verilməlidir. Seçicilərimdən mənə təqdim edilən maddi sübutlar var və təqdim etməyə hazıram.

Xahiş edirəm, qanuna müvafiq olaraq deputatlığa namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin və Ağdam RİH başçısının müavini Allahverən Əliyevin barəsində qanuni tədbir görəsiniz.

Asif Millət oğlu Məmmədov,

Deputatlığa namizəd,

"Təzadlar" qəzetinin baş redaktoru

21.08.2024".

***

Xatırladırıq ki, Allahverən Əliyevin başı bir müddətdir qalmaqaldadır. Belə ki, Ağdam RPŞ- də çalışan zabit oğlunun işi ilə bağlı redaksiyaya şok məlumatlar daxil olub. Bu barədə tezliklə yazı təqdim ediləcək...

"araz.az"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN