Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində “Həyatda kitabla addımla” adlı tədbir keçirildi.

Tədbiri kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq bildirdi ki, kitabxana mütaliəni təşkil edən ocaqdır. Kitab oxumaq insanlar üçün olduqca faydalıdır. Mütaliə insanın biliyini artırır, dünyagörüşünü genişləndirir. Tədbirdə iştirak edən yazıçı-publisist Şahlar Şuşalı, yazıçı, jurnalist “Jurnalistlər Ekstrimal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, təqaüddə olan müəllim Nurəddin Salayev, şair, publisist Məhərrəm Şükürlü, şəhid atası Əkbər Rüstəmov, “Dədə Qorqud” Fondunun vitse-prezidenti, Məhkəmə-Tibb Ekspertizasının həkimi Rəna Xudiyeva, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə kitabxanaya kitablar hədiyyə etdilər. 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN