Şənbə günü - 19 iyunda Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.
"TƏZADLAR" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.