Nəhayət, bu yaxınlarda Şuşada “Cənubi Qafqazın inkişafı və əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında qeyd edib. “Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlığı” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - deyə Hikmət Hacıyev bildirib.
Bu bir daha Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır.
A.Məmmədli