Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşü zamanı bir sıra mühüm BƏYANATLAR səsləndirdi... Tezadlar.az xatırladır ki, Prezidentin səsləndirdiyi bəyanatlar bunlardır:
* SOCAR-da aparılan islahatlar çərçivəsində biz yeni idarəetmə modelini tətbiq edirik.
* Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır.
* Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bu barədə açıq danışırıq.
* Rusiya ilə yaxşı münasibətlərimiz olduğunu inkar etmirik.
* Avropa İttifaqına daxil olmaq çox, çox uzun prosesdir və Azərbaycanın timsalında bu, mümkün olmayan ssenaridir.
* Ermənistanla sülh asan olmayacaq.
* Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik ki, onlar Azərbaycan vətəndaşı olaraq bunu tezliklə başa düşəcəklər.
* Qarabağ ermənilərindən müsbət siqnallar gəlir, ilkin təmaslara başlanılıb.
* Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində fəal rol oynaya bilər. Biz bunu dəstəkləyirik.
* Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir.
* Azərbaycan özünü risklərdən qorumaq üçün ordunu gücləndirməkdə davam edəcək.
* Azərbaycan Avropa qaz bazarında Rusiya ilə rəqabət aparmaq niyyətində deyil...
***
AZƏRBAYCAN 44 GÜNLÜK ZƏFƏR MÜHARİBƏSİ İLƏ NƏİNKİ ERMƏNİSTANIN BÜTÜN İŞĞALÇILIQ NİYYƏTLƏRİNİN ÜSTÜNDƏN QARA XƏTT ÇƏKDİ... HƏM DƏ BÖLGƏDƏ YENİ REALLIQLAR YARATDI, DÜNYAYA SÜLHÜN VƏ ƏMİN-AMANLIĞIN CARÇISI OLDUĞUNU BƏYAN ETDİ...
A.Məmmədli
A.Məmmədli