Niyə hüquq mühafizə orqanları bu məsələdə ciddi tədbirlərə müəllif ola bilmirlər?

«Təzadlar» dəfələrlə bu məsələyə maddi sübutlarla-foto və videolarla yazı həsr edib. Tədbir görülən vaxtlar da olub, lakin yenə də dilənçilikdə uşaqlardan istifadə davam edir. Sanki cəmiyyətimizin bu problemi həlledilməz kimi görünür…

 Ziya Bünyadov prospektində südəmər uşaqlı dilənçilər…

 …«Təzadlar»a daxil olan müraciət əsasında dünən Ziya Bünyadov prospektində (Qələbə meydanından 3 mkr. Bazarı istiqamətinə gedəndə) tunelə daxil olan hissədə olduq. Oxucu müraciətində də bildirilirdi ki, daim uşaqlı qadınların burada körpə uşaqla dayanaraq həm yayın istisində, həm də qışın soyuğunda dilənir və s.

Beləliklə, ərazidə olanda şahid olduq ki, fakt doğrudur, təsdiqini tapmaqdadır. Belə ki, şəkildə gördüyünüz qara çarşablı qadın avtomobillərin tunelə daxil olma hissəsində yaşı təxminən 1-1,5 olan körpə südəmər uşağı uşaq arabasında saxlayaraq bu istidə, toz-tüstü içində dilənməyə səfərbər edib, vasitə kimi bəhrələnir. Təbii ki, qadın bu ərazidə avtomobil sıxlığı olduğundan (tıxac daimidir) sürücülərdən daha çox pul qoparma imkanının olduğunu düşünür. Lakin unudur ki, o, dilənçilik niyyəti ilə uşaq hüquqlarının ciddi şəkildə pozulmasının baiskarıdır.

Vacib məqam: inanmaq çətindir ki, həmin körpə-südəmər uşaq bu qadınındır. Çünki heç bir ana şəxsi qazancı naminə körpəsinə bu istidə belə bir  zülmü verməz!

***

Sonda: ərazi Nəsimi rayon Polis İdarəsinə aiddir. İnanırıq ki, ən azı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin inspektorları nəqliyyət vasitələrinin təhlükəsiz hərəkətinə ciddi şəkildə mane olan bu dilənçi(lərlə) qadınla bağlı tədbir görəcək. Eləcə də ərazinin sahə müvəkkili…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN