Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bütün gücünü Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrini daha tez reallaşdırmağa səfərbər edib...
...Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük Zəfər müharibəsi nəinki dünyaya Ermənistanın işğalçılığının mahiyyətini aydın şəkildə təqdim etdi... Həm də bölgədə yeni reallıqlar yaratdı. Təkcə bir faktı deyək ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və qondarma iddialarını daim dəstəkləyən ABŞ-ın Dövlət Departamenti nəhayət, son hesabatında Ermənistanın işğalçı olduğunu bir daha bəyan etməli oldu. Sitat: “Əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə və dağıntılara, və “xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar ki, tamamilə dağıdılması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına” görə Ermənistan məsuliyyət daşıyır”.
Bəli, bu tip bəyanatlar çox gecikdi, Ermənistanın arxasında dayanmış Rusiya istədiyini diqtə etdi... Bu həmin Rusiyadır ki, indi Ukraynanı işğal edir, Avropaya əl uzadır... Və həmin Rusiya Azərbaycanın əzəli, tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun Ermənistana tabe etdirilməsi yolunda tarix boyu çabalar etdiyinin də şahidiyik. Bunu 30 illik işğal dövründə gördük. İndi isə Qarabağda və Şərqi Zəngəzurda “Avtomobil Yolları Dövlət Agentliyi”nin reallaşdırdığı möhtəşəm layihələrə şahidlik etməkdəyik...
Qarabağdan keçib Şərqi Zəngəzuru dolanan yollarımız...
Qeyd edək ki, bir müddətdir “Avtomobil Yolları Dövlət Agentliyi”nin aidiyyəti strukturlarının Agentliyin sədri Saleh Məmmədovun rəhbərliyi altında reallaşdırdığı möhtəşəm layihələrə şahidlik etməkdəyik... Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələrinə aşağıdakı möhtəşəm fəaliyyət istiqamətləri aiddir:
- Füzuli- Hadrut avtomobil yolu
- texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu
- texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Bərdə - Ağdam avtomobil yolu
- texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu
- texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
- işlərin başa çatdırılması: 2022-ci il
- Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Laçın şəhərinə daxil olmadan
yeni avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə paralel olaraq, torpaq işləri həyata keçirilir, 13-24-cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Laçın rayonunda hava
limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi
- görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür
- işlərin başa çatdırılması: 2022-ci il
- Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
- Xudafərin- Qubadlı-Laçın avtomobil yolu
- texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: Qubadlı - Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad divarlarının tikintisi 22% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
- Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
- texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub.
- işlərin başa çatdırılması: 2023-ci il.
- Ağdam - Füzuli avtomobil yolunun tikintisi
- texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
- Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu
- texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
- işlərin başa çatdırılması: 2024-cü il.
- Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu
- texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 48% icra olunub.
- işlərin başa çatdırılması: 2024-cü il.
- Kəlbəcər-Laçın avtomobil yolu
- texniki göstəricilər: yol - 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km.
- görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir.
- işlərin başa çatdırılması: 2025-ci il.
- Toğanalı - Kəlbəcər - İstisu avtomobil yolu
- texniki göstəricilər: yol - 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli - 11.6 km; tunel 1 - 6.3 km.
- görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.
- işlərin başa çatdırılması: 2026-cı il.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir və...
Düşmənə tarix boyu göz dağı və işğal hədəfi olmuş Laçın rayonuna uzanan yolun isə həm tarixi mənası, həm də hərbi-siyasi dəyəri var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Laçın rayonu da bu tarixi yaşamın tərkib hissəsi kimi Bakıdan Qarabağa uzanan yolun əsas ünvanıdır. “Avtomobil Yolları Dövlət Agentliyi”nin sədri Saleh Məmmədovun daim bu ərazilərdə çəkilən yollara, icra olunan layihələrə rəhbərliyinin də öz iqtisadi mənası var. İşlərin böyük sürətdə davam etdiyirilməsi onun çəkilən yollardakı imzası kimi görünür. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. “Avtomobil Yolları Dövlət Agentliyi”nin yaydığı məlumatdan da bəlli olur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçən fərqli bir layihədir. Məsələn, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür. Çətin relyefə malik olan ərazilərdən keçən yol boyunca ağır texnikalar gecə-gündüz fəaliyyət göstərir. Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin, şəxsən Saleh Məmmədovun ciddi və şəxsi nəzarəti altında davam etdirilir.
Ən vacibi, bu möhtəşəm layihə bu ilin sonunadək başa çatdırılacaq. Təkrar etməyə dəyər ki, bu layihənin həm siyasi, həm hərbi, həm də iqtisadi mənası var. Bu mənanı dünyaya çatdıran yol inşaatçılarına uğurlar arzulayırıq...
Asif MƏRZİLİ,
Avropa Mətbuat Federasiyasının üzvü