Dünəndən sosial şəbəkələrdə Xətai rayonundakı 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülüməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, guya hadisə zamanı müəllim komaya düşüb.

Məsələ ilə bağlı 17 nömrəli məktəbdən verilən açıqlamada bildirib ki, belə bir hadisə baş verməyib: "Bizdə belə bir hadisə baş verməyib. Yazırlar ki, guya 21 yaşlı müəllim şagirdlər tərəfindən döyülüb. Bu yalan məlumatları dərc edən saytları məlumatlandırırıq ki, məktəbdə belə bir hadisə baş verməyib. Liseylərdən sonra Bakının ən yüksək nəticə göstərən məktəbiyik. Bunu qəsdən yayırlar. Burda təhsil alanların əksəriyyəti nümunəvi şagirdlərdir. Bizdə nə qədər şagird qırımızı atestat alıb. Hesab edirik ki, yayılan məlumatlar təxribat xarakter daşıyır”.

Xatırladaq ki, bu yaxınlarda sosial şəbəkələrdə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntüləri yayılmışdı. Və bu məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabında yazmışdır ki, ərazi üzrə Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır: "Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

E.ŞİRİNOV

Pin It

Xaçmazda qohumunu güllələyən şəxsə cinayət işi açılıb.

Pin It

Qazaxıstanın Almatı şəhərində 20-dən çox silahlı şəxs saxlanılıb.

Pin It

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Pin It

Fransanın Frejüs kommunasında (Var departamenti) baş vermiş hadisə sosial şəbəkənin əsas müzakirə mövzusu olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN