Türkiyədə hələ də tam ram edilməyən yanğınların üstündən bu gecə sərnişin avtobusu qəzaya uğrayıb. Haber-Türk-ün verdiyi görüntülərdən məlum olur ki, hadisə Bakı vaxtı ilə səhər üzü- saat 05.40 radələrində Balıkesir-Edremit yolunda baş verib. Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Hadisə yerinə həkim briqadası cəlb olunub, yaralılar xəstəxanalara daşınır.
A.Məmmədli