MƏHKƏMƏ PREZİDENTİN KONSTİTUSİYANI POZDUĞUNU MÜƏYYƏN EDİB
Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının konstitusiya təqdimatını təmin edib və respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib.