MƏN YOX, YAŞ SÖZÜNÜ DEYİR...
Qüdrət Nurəli oğlu Əliyev
Səhiyyə nazirinin Sumqayıta gələcəyi xəbəri Göz Xəstəxanasının baş həkiminə əvvəlcədən çatmışdı. O da münasib bildiyi işçilərinə fərdi tapşırıqlar vermişdi. Özünün də hazırlığı var idi. Ağ xalat lazım olmamışdı. Tünd qara qonur rəngdə qat-qat kurjevalı inamarka donunu geyinmişdi. Libas onun ürəyincə idi. Neçə dəfə aynada özünə baxmışdı. Bu libasda o xanım-xatın bir qayınana idi.