SU HÖVZƏLƏRİNDƏN 55 ƏDƏD SİNTETİK TOR GÖTÜRÜLÜB
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, eləcə də Kür, Araz çayları, Baş Mil-Muğan kollektoru, Şəmkir su anbarı və “Xanqızı” su kanalından sintetik torların yığışdırılması həyata keçirilib.