Ötən gün Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində onun “Şirniyyat” adlanan hissəsində ümumi sahəsi 1700 kvadrat metr olan 20 mağaza yanıb. Bu barədə yanvarın 9-da Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib. Ticarət Mərkəzi yanğından mühafizə olunub. Yanğın nəticəsində 4 nəfər yanma məhsullarından zəhərlənib, bir nəfər isə yüngül bədən xəsarəti alıb. Yanğının səbəbləri araşdırılır.
Dükanı yananlardan birinin qohumunun "Təzadlar"ın elektron poçtuna göndərdiyi məktub diqqəti çəkir... Məlum olur ki, vaxtilə 8 KM-də, Xırdalan yolunda olan iri ticarət mərkəzlərində, eləcə də "Binə"də və "Sədərək"də baş vermiş yanğınlarda zərərçəkmişlərə kompensasiya demək olar verilməyib. Adı çəkilən TN-lərin rəhbərliyi müxtəlif bəhanələrlə aradan çıxıb və sığortalamanı bəhanə gətiriblər və s.
Görəsən bu dəfə də elə olacaqmı? Yoxsa dükan sahiblərinin səhlənkarlığı əsas tutulacaq?!
A.Məmmədli