UÇQUN RİSKİ OLAN QAYA PARÇALARI ƏRAZİDƏN GÖTÜRÜLÜR
Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub.