Müdafiə nazirinin tapşırığına əsasən yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.
Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, görüşlərdə hərbi qulluqçuların xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.
Bundan əlavə, İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, bunun nəticəsində mənəvi-psixoloji vəziyyətlərinin yüksək səviyyədə olduğunu ifadə ediblər. Həmçinin yeni tədris dövründə qarşıya qoyulan məqsədlərə nail olacaqlarını əminliklə bildiriblər.
E.ŞİRİNOV