Rəsmilər döyüş bölgəsindəki vəziyyəti müzakirə ediblər
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Türkiyəyə səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalın ilə Ukrayna ordusuna dəstəyi müzakirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə bazar günü Prezident Aparatının saytında məlumat verilib.
“Üçtərəfli görüş zamanı tərəflər Ukrayna ordusuna gələcək yardımı, Ukrayna Müdafiə Qüvvələrinin təcili ehtiyaclarını və bu dəstəyin tez bir zamanda əldə edilməsinin, eləcə də artırılmasının vacibliyini müzakirə ediblər”, - deyə Yermak bildirib.
“Rəsmilər müharibə bölgəsindəki vəziyyəti müzakirə edib, həmçinin Rusiyanın son hərəkətlərinə cavablar barədə razılığa gəliblər”, - nazirliyin bəyanatında deyilir.
Yermak bildirib ki, Ukrayna NATO-ya üzv olana qədər Kiyev beynəlxalq təhlükəsizlik zəmanəti almalıdır.
Departament əlavə edib ki, Yermak dörd bölgənin Rusiya Federasiyasına qoşulması ilə bağlı referendumlara "sərt reaksiyanın vacibliyini" də bəyan edib.
Bundan əvvəl Ağ Evin mətbuat xidməti bildirmişdi ki, Sullivan İstanbulda Kalinlə görüşüb, Ukrayna ətrafındakı vəziyyəti, Finlandiya və İsveçin NATO-ya daxil olmasını müzakirə edib.
E.ŞİRİNOV