Ukraynanın Dnepropetrovsk şəhərində partlayış baş verib, bölgədə hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə Strana.ua onlayn nəşri Telegram kanalında yazır.

“Onlar Dneprdə partlayış olduğunu bildirirlər. Bölgədə hava hücumu xəbərdarlığı var”, - məlumatda deyilir.

Şəhərin meri Boris Filatov da öz Telegram kanalında raket hücumundan sonra bir neçə transformator yarımstansiyasının bağlanması barədə yazıb. Şəhərin kommunikasiyalarına və infrastrukturuna ziyan dəymədiyi, təcili yardım xidmətlərinin əraziyə yola salındığı bildirilir.

Noyabrın 26-da Ukraynanın şərq və mərkəzi rayonlarında hava xəbərdarlığı elan edilib. Xüsusilə, Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində, eləcə də Kiyevin nəzarətində olan Zaporojye vilayətinin ərazisində sirenlər səslənib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN