Federal Təhqiqat Bürosu (FTB) Los-Anceles ətrafında 10 nəfərin ölümünə səbəb olan atışmanın təhqiqatında iştirak edəcək.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-in Tvitter hesabında verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden daxili təhlükəsizlik müşaviri Elizabet Şervud-Rendala FTB-nin yerli polis əməkdaşları ilə tam əməkdaşlıq etməsini təmin etməyi tapşırıb. Həmçinin, Amerika lideri istintaqın gedişi barədə ona hesabat verməyi tapşırıb.
Xatırladaq ki, yanvarın 22-də Amerikanın Monterey Park şəhərində naməlum şəxs Çin Yeni ilini qeyd edən insanlara atəş açıb. Nəticədə, 10 nəfər həlak olub, KİV-in məlumatına görə, 9 nəfər yaralanıb. Şübhəli axtarılır.
E.ŞİRİNOV