Fransa prezidenti Emmanuel Makron Vladimir Putinin Fəxri Legionun Böyük Xaç Cəngavəri titulundan məhrum edilməsini istisna etmir.
Bunu Fransa dövlətinin başçısı Aİ-nin Brüsseldə keçirilən sammitinin yekununda deyib.
Makronun sözlərinə görə, Rusiya liderinin Fransanın ali mükafatından məhrum edilməsi “simvolik, lakin vacib məsələdir”.
"Mənim üçün heç bir qadağa yoxdur, amma hələ ki, belə bir qərar verməmişəm. (Belə qərarlar - red.) həmişə məna ilə doludur və düşünürəm ki, onları qəbul etmək üçün uyğun anı tapmaq lazımdır", – AFP Fransa prezidentindən sitat gətirir.
Putin 2006-cı ildə prezident Jak Şirakdan Fəxri Legion ordeni alıb. Qeyd edilib ki, Rusiya Federasiyasının Prezidenti Böyük Xaç sahibi olan ilk rusiyalı olub.
Bundan əvvəl Makronun Fransanın ən yüksək mükafatını Vladimir Zelenskiyə verdiyi bildirilmişdi.
Xatırladaq ki, Aİ-nin son sammitində də məlum olmuşdu ki, Fransa yaxın həftələrdə Ukraynaya döyüş təyyarələri ötürə bilməyəcək.
E.ŞİRİNOV