Qara dənizdə, Krım sahillərindən bir neçə kilometr aralıda yeraltı təkanlar qeydə alınıb.

Bu barədə fevralın 27-də Krımın informasiya siyasəti üzrə rəhbərinin müşaviri Oleq Kryuçkov öz Telegram kanalında məlumat verib.

O, məlumatın Aluşta seysmik stansiyasının növbətçisindən gəldiyinə aydınlıq gətirib. Episentrdə maqnitudası üç bala qədər olan zəlzələ Aluşta şəhər rayonunun sahilindən 25 kilometr aralıda, 15 kilometr dərinlikdə qeydə alınıb.

“Krım Respublikası ərazisində zəlzələni, demək olar ki, hiss etmək olmur. Heç bir nəticə və dağıntı yoxdur”, - Kryuçkov izah edib.

Ötən gün Kuril adalarında 6 bal gücündə zəlzələ baş verib. Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib ki, yeraltı təkanların episentri Qolovnino kəndindən 102 kilometr cənub-qərbdə yerləşib.

Avropadan Yeni Zelandiyaya qədər dünyanın müxtəlif yerlərində müxtəlif güclü zəlzələlər Türkiyədə on minlərlə insanın ölümünə səbəb olan bir sıra güclü təkanlardan sonra baş verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN