Rusiya Serbiyanın NATO ölkələri ilə birgə təlimlərini diqqətlə izləyəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə aprelin 6-da keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Təlimlərə gəlincə, biz onları çox diqqətlə izləyəcəyik", - prezidentin sözçüsü bildirib.
Peskov onu da qeyd edib ki, Qərb daim Serbiyanı anti-Rusiya tərəfinə çəkməyə çalışır.
"Serbiyanı Rusiya əleyhinə mövqe tutanların tərəfinə çəkmək cəhdləri davamlı olaraq həyata keçirilir. Biz bilirik ki, Belqrad dəhşətli təzyiq, misli görünməmiş təzyiq altındadır", - o deyib.
Serbiya və NATO ölkələrinin birgə "Platinum Wolf" təlimləri 16-30 iyun 2023-cü il tarixlərində keçiriləcək. Bu barədə aprelin 5-də Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Qərb hələ də anti-Rusiya sanksiyalarını dəstəkləməyə razı olmayan Serbiyaya güclü təzyiq göstərir. Kollektiv Qərb üçün Moskvaya qarşı cəbhəni gücləndirmək üçün respublikanı anti-Rusiya məhdudiyyətlərinə bağlamaq vacibdir.
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkə sanksiyaları yalnız başqa çıxış yolu olmadığı təqdirdə dəstəkləyəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Belqradın “qollarını burduğunu” vurğulayıb.
E.ŞİRİNOV