Almaniya kansleri Olaf Şolts çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Almaniya Nazirlər Kabinetinin məlumatına görə, digər məsələlərlə yanaşı, Qərbdən yardımın davam etdirilməsi də müzakirə olunub.

Mövzu "Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət" olub.

Şolts bildirib ki, Berlin “Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada” Kiyevi dəstəkləməyə davam edəcək.

“Kansler və prezident konstruktiv fikir mübadiləsini, o cümlədən sülh yolu ilə həllə qlobal dəstək məqsədi ilə davam etdirmək və sıx təmasda olmaq barədə razılığa gəliblər”, - məlumatda deyilir. Bununla bağlı heç bir açıqlama verilmir.

Ötən ilin noyabrında keçirilən G20 sammitinin iştirakçıları qarşısında çıxış edən Zelenski Kiyevin 10 bənddən ibarət “sülh planı”nın olduğunu bildirib. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, “hamı üçün” düsturuna əsasən “tutulan şəxslərin” mübadiləsi, habelə Rusiya qoşunlarının çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpası var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov planı “hər şeyin mümkün olduğu” “absurd təşəbbüs” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN