Rusiyalı rok müğənnisi Zemfira (tam adı - Zemfira Ramazanova, Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) Fransa vətəndaşlığı alıb.
Bu barədə mənbəyə istinadən “Shot” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Zemfira il yarıma yaxındır Fransada yaşayır. Parisə köçdükdən sonra dostu, aktrisa Renata Litvinova ilə birlikdə Renata adlı müəssisə qurub.
İfaçı Moskvada “Rodina” səsyazma şirkətini də qeydiyyatdan keçirib. “Rodina”nın hüquqi ünvanının “Time Machine” qrupunun direktorunun mənzili olduğu iddia edilirdi.
Bundan əvvəl rus yazıçısı Zaxar Prilepin Zemfiraya məhkəmədə xarici agent statusuna etiraz etmək əvəzinə, Donetskdə çıxış etməyi məsləhət görüb. Eyni təkliflə müəllif aparıcı və şoumen Maksim Qalkinə (xarici agent funksiyalarını yerinə yetirən şəxslərin reyestrinə daxil edilib) müraciət edib.
E.ŞİRİNOV