Kremlə məhz həmin agentlərin hücum təşkil etdiyi iddia olunur...

ABŞ rəsmiləri hesab edir ki, Ukrayna Rusiya Federasiyası daxilində düşmən hədəflərinə qarşı təxribat həyata keçirən agentlər şəbəkəsi yaradıb.

Bu barədə CNN Amerika kəşfiyyatının məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər yayıb.

Belə ki, onların fikrincə, mayın əvvəlində Rusiya ərazisindən pilotsuz uçuş aparatlarını (PUA) buraxaraq Kremlə hücum edən məhz Rusiyadakı bu agentlər olub.

 Amerika tərəfinin iddiasına görə, Ukrayna Rusiya daxilində Ukraynayönlü tərəfdarlardan və bu cür müharibə aparmaq üçün yaxşı təlim keçmiş əməliyyatçılardan ibarət təxribat qrupları yaradıb.

Qeyd olunur ki, Ukrayna onları daxildə təşkil edilən hücumlar üçün öz istehsalı olan dronlarla təmin edib. Kanalın həmsöhbətləri hücumlarda Amerika PUA-larından istifadə edildiyinə dair heç bir dəlillərinin olmadığını bildiriblər.

Rəsmilər Ukraynanın PUA-ları Rusiyanın cəbhə xəttinin arxasına necə ötürdüklərini də deyə bilməyiblər, lakin iki mənbə CNN-ə bildirib ki, o yaxşı qurulmuş qaçaqmalçılıq marşrutları yaradıb.

Şəbəkəni dəqiq kimin idarə etdiyi də bəlli deyil, baxmayaraq ki, ABŞ rəsmiləri bu işdə Ukrayna kəşfiyyat cəmiyyətindən olan şəxslərin olduğunu düşünürlər...

Qeyd edək ki, may ayının 3-də Kremlə PUA-larla hücum edilmişdi. Rusiya SQ-si PUA-ların 2-ni məhv etdmişdi və heç bir itki olmamışdı. Rusiya tərəfi bu hücumun Ukrayna tərəfindən təşkil olunduğunu bildirmişdi. Məsələ hələ də müəmmalıdır... 

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN