Rusiya Fövqəladə Hallar Nazirliyi Kaxovka Su Elektrik Stansiyasının (SES) dağılmasının nəticələrini aradan qaldırmaq üçün Xerson vilayətinə mobil xüsusi emal kompleksləri çatdıracaq.

Tezadlar.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.

“Su basmış ərazilərdə xilasetmə əməliyyatı, əhaliyə hərtərəfli yardım göstərilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Agentliyin həmsöhbəti xilasedicilərin sakinlərə ünvanlı yardım göstərdiyini vurğulayıb. Bundan əlavə, su basmış ərazidə qalan ev heyvanlarını da təxliyə edirlər. Qeyd olunur ki, evlərini tərk etməkdən imtina edənlərə ərzaq və su çatdırılır. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən hərtərəfli epidemiya əleyhinə işlər aparılır.

Bundan əvvəl nazirlik Kaxovskaya SES-də baş vermiş fəlakətdən sonra bölgədə görülən işlərin videosunu nümayiş etdirib. Kadrlarda küçələrin su altında qalması, xilasedicilərin xüsusi texnika və hava ilə doldurulan qayıqlarda hərəkət edərək yerli əhaliyə yardım etdiyi görünür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN