Yaxınlarda sayın Türkiyə  prezidenti R.T.Ərdoğan birbaşa yayımda aparıcının “Sizə ən yaxın ölkə?” sualına düşünmədən “QARDAŞ AZƏRBAYCAN” dedi...

Biz də özümüzə verilən suala heç düşünmədən “QARDAŞIMIZ TÜRKİYƏ” demişik, deyirik və hər zaman deyəcəyik! Ona görə də Türkiyədəki vəhşicəsinə törədilən yanğınlar bizim də canımızı yandırıb-yaxır, qəlbimizi tari-mar edir.

Biz də özümüzə verilən suala heç düşünmədən “QARDAŞIMIZ TÜRKİYƏ” demişik, deyirik və hər zaman deyəcəyik! Ona görə də Türkiyədəki vəhşicəsinə törədilən yanğınlar bizim də canımızı yandırıb-yaxır, qəlbimizi tari-mar edir.

***

...Dil açmağa başlayandan, ətrafı dərk etmək üçün suallar yaranandan ağacların, çiçəklərin, güllərin, meşələrin əhəmiyyəti uşaqlara izah olunur. Niyə? Təkcə bu gözəlliyi qorumaq üçünmü? Əlbəttə, yox. Bu yaşıllıqlar olmasa, normal yaşayış olmaz, gözəllik olmaz.

Deyilənlərə görə, son 200 ildə dünyada meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Azalmanın əsas səbəblərindən biri təbiətdən vəhşicəsinə istifadə və yeni yaşayış məskənlərinin salınmasıdır. Bundan başqa, yeni iş yerlərinin yaradılması da bəzən meşə ərazilərinin hesabına reallaşıb. Başqa hadisələrlə yanaşı, meşələrdə baş verən təbii və ya süni yanğınlar nəticəsində insanların oksigen mənbələrinin də həcmi azalıb. Hər il meşələr də daxil olmaqla, Yer kürəsinin 340 milyon hektardan artıq ərazisi zədələnir.

***

...İyulun 28-dən qardaş Türkiyədə başlayan meşə yanğınları davam edir. Antalyanın Manavqat bölgəsində başlayan yanğınlar güclü külək səbəbindən geniş miqyasda Türkiyənin dörd bir yanına yayılmağa başladı. Manavqat, Bodrum, Alanya, Kayseri, İzmir, Adana, Osmaniyə, Marmaris, Mersin, Kozan, Muğla, Didim, Kütahya, Kocaeli, Dənizli və Türkiyənin başqa bölgələrində yanğınlar davam edir.

Təssüflər olsun ki, an etibari ilə hələ də yanğınlar nəzarət altına alına bilinməmişdir. Rekord hava temperaturu və güclü quru küləklər yanğınsöndürmə səylərini çətinləşdirir. Bu faciəvi hadisə nəticəsində 9 nəfər vəfat edib, çoxlu sayda heyvanlar məhv olub, yaşayış məntəqələri yararsız hala düşüb, 400-dən çox insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub.

Yanğından geri qalan görüntüləri təsvir etmək üçün sözlər, kəlimələr yetərsiz qalır. Yanğınlar sahilyanı kurortların fəaliyyətini pozub, turistlər bəzi istirahət yerlərini və otelləri tərk etməli olub. İqtisadiyyata milyonlarla ziyan dəyib.

Turistlərdən biri gördüklərini belə təsvir edir: “...2 gün idi ki, burdaydıq, hər şey normal idi. Sonra birdən uzaqdan tüstü peyda oldu. Əvvəl elə bildik ki, yağışdır, amma birdən alov peyda oldu”.

Türkiyədə yanğının ən çox təsirinə məruz qalan yerlərindən biri də Bodrumdur. Bodrum sakini Melis Birder deyir: “Mən özümü çox pis hiss edirəm. Biz stress altındayıq, çünki bura çox istidir. Bodrumda hava limanı yolunda Muscularda başlayan yanğın hələ də yayılmağa davam edir, digərləri isə söndürülüb. Külək gücləndikcə, vəziyyət daha da pisləşir. Bəzi insanlar çox stresslidir, çox kədərlidir”.

 Yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr davam edir. Bu müzakirələrdən biri də yanğının PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimalıdır. Türkiyənin Muğla vilayətində meşələri yandırmaqda şübhəli bilinən bir nəfərin saxlandığı məlum olub. Yanğınlarla mübarizədə 16 təyyarə, 9 PUA, 51 vertolyot, 1 pilotsuz idarə edilən helikopter, 805 sulayıcı və tanker, 155 iş maşını və təxminən 5200 əməkdaş iştirak edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü 30 maşından ibarət karvan ilə birlikdə yanğının ən çox təsirinə məruz qalan əraziləri ziyarət edib. O, regionu fəlakət zonası elan edib və itkiləri olan insanlara kompensasiya vəd edib.

Bu zor günlərdə də Azərbaycan Türkiyənin yanında oldu. Meşə yanğınları ilə mübarizə aparan qrupa kömək etmək üçün təyin edilmiş 500 nəfərdən ibarət 100 nəfərlik bir qrup, səhərin erkən saatlarında Marmarisdəki söndürmə işlərinə qatıldı. Yanğınlar üçün Azərbaycan Türkiyəyə “BE-200” tipli amfibiya təyyarəsi göndərdi.

Təyyarə 18-20 saniyə ərzində bortuna 12 ton, aerodrom şəraitində isə 15 dəqiqəyə 9 ton su götürərək 1 keçiddə geniş yanğın ərazisini əhatə edir. Həmçinin İran, Rusiya, Xorvatiya, İspaniya və Ukraniyadan və başqa ölkələrdəndə təyyarələr ilə dəstək gəldi. Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının növbəti qrupu Türkiyədə davam edən meşə yanğınları ilə mübarizə üçün gedib. Azərbaycan FHN onların hazırda Türkiyənin Dənizli şəhəri istiqamətində fəaliyyət göstərdiklərini bildirib.

Muğlanın Marmaris bölgəsində baş verən yanğın zamanı Azərbaycanlı yanğınsöndürənlərin Türk bayrağına olan hörmət və həssaslıqları təqdir olunub.

Azərbaycan yanğınsöndürmə briqadasının komandirlərindən Kamil Dünyamalıyev:

“Türkiyə bizim qardaşımızdır. Azərbaycan ilə Türkiyə hər zaman qardaş olacaqdır. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisdə meşə yanğınını söndürmək üçün gəldik. Ev yanırdı. Evin içinə girdim gördüm kimsə yoxdu. Türk bayrağını gördüm və götürdüm. İnsan necə önəmlidisə, bayraq da o qədər  önəmlidir”.

...Artıq məhv olan meşələrin yenidən bərpa edilməsi üçün fidan bağışlanması layihəsinə start verilmişdir.

***

...Əzizim Türkiyə, əziz türk bacı-qardaşlarımız!

Sizə qarşı atılan daş bizə atılır. Sizə dəyən zərbə bizə də deyir. Yanğınsöndürənlərimiz Sizinlədir. Biz də hamılıqca Sizinləyik!

Canımız Türkiyəyə, türk qardaşlarımıza güclü dayanmağı və tezliklə bu bəladan da qurtulmağı arzulayırıq! Biz birlikdə güclüyük! Biz birlikdə QALİB GƏLƏSİYİK!

...Səninləyik, Türkiyəm!

Bir millətik, iki dövlət,

Bir-birinə hayanız biz.

Bu dünyaya bəyanız biz

Azərbaycan - Türkiyə!!!

Aytən Qarabağlı (Verdiyeva)

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN