Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiyanın NATO-ya daxil olması ilə bağlı vəziyyətin absurd olduğunu qeyd edib.

Siyasətçi özünün Telegram kanalında iki finlinin söhbəti şəklində lətifə dərc edib.

"Pekka, ölkəmiz niyə NATO-ya üzv oldu? - Ruslar bizi hədələyir. - Niyə bizi hədələyirlər? - Çünki Matti, biz NATO-ya daxil oluruq", - Medvedevin bəyanatında deyilir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin qərb sərhədlərində qruplaşmasının gücləndirildiyini açıqlamışdı. Nazirin sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması ilə qərb və şimal-qərb istiqamətində təhlükəsizlik təhdidləri artıb, burada alyansın əlavə hərbi kontingenti və silahları görünə bilər.

Qeyd edək ki, Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq qərarına gəlib, 2023-cü ilin aprelində alyansın tamhüquqlu üzvü olub. Bundan əvvəl ölkə onilliklər ərzində neytral status elan etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN