Lüksemburqda Avropa Məhkəməsində Ukrayna münaqişəsinə görə Aİ Şurasının tətbiq etdiyi sanksiyalara qarşı Rusiyanın Birbaşa İnvestisiya Fondunun (RBİF) iddiası üzrə dinləmələr başlayıb. İddia ilə bağlı məhkəmə qərarının bir neçə aya çıxacağı gözlənilir.

Bu barədə tribunalın mətbuat xidməti məlumat verib.

"Qərarın verilmə tarixi müəyyən edilməyib, məhkəmədən sonra hökm orta hesabla bir neçə ay çəkir", - mətbuat xidmətindən bildiriblər.

İddia ilə bağlı Aİ Ədalət Məhkəməsinin sənədində deyildiyi kimi, RBİF Aİ Şurasının fondun hüquqlarını pozduğunu vurğulayır. Bundan əlavə, iddiaçı hesab edir ki, Aİ Şurasının Rusiya fonduna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün “kifayət qədər güclü faktiki əsası” yoxdur.

RBİF həmçinin vurğulayır ki, effektiv müdafiə hüququ pozulub, çünki Aİ Şurası məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl və ya sonra “ağlabatan vaxt ərzində” xəbərdar etməyib. Nəhayət, iddiaçı qeyd edib ki, Aİ Şurası heç vaxt məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi üçün əsas verməyib və “iradlarınızı bildirmək və hüquqlarınızı qorumaq” imkanı verməyib. İddiaçı vurğulayıb ki, sanksiyalar RBİF-in Aİ-nin Əsas Hüquqlar Xartiyası ilə təmin edilən bizneslə məşğul olmaq üçün fundamental hüququnu pozur.

Avropa İttifaqı RBİF-ə qarşı sanksiyaları 2022-ci ilin martında tətbiq edib. Aİ RBİF ilə birgə sərmayə qoymağı qadağan edib; istisnalar 2 mart 2022-ci il tarixinədək müqavilələr çərçivəsində edilə bilər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN