Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, yaxın günlərdə Qarabağda erməni əhalisi qalmayacaq.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

"Aparılan təhlillər göstərir ki, yaxın günlərdə Qarabağda daha erməni qalmayacaq", o deyib.

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, saat 08:00-a olan vəziyyətə görə, Qarabağdan Ermənistana 66 mindən çox insan gəlib - bu, 120 minlik rayon əhalisinin yarıdan çoxudur.

Artıq 11 minə yaxın insan mənzillə təmin olunub, lakin bəzilərinin dövlət yardımına ehtiyacı var.

Xatırladaq ki, sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın 2024-cü il yanvarın 1-də mövcudluğunu dayandıracağı məlum olub. “Respublika”nın bütün “dövlət qurumları” ləğv ediləcək. Müvafiq sərəncamı tanınmamış respublikanın rəhbəri Samvel Şahramanyan imzalayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN