Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Qarabağda olan erməni əsgərlər Ermənistan ordusunun sıralarında xidmətini davam etdirə biləcəklər.

Müdafiə nazirinin müavini Arman Sarkisyanın bugünkü bəyanatına görə, Ermənistan hərbçiləri hələ də Azərbaycan bölgəsindədir.

 “Biz çox istəyirik ki, hərbçilər Ermənistan Müdafiə Nazirliyinin tərkibində xidmətini davam etdirsinlər, çünki onlar bizim soydaşlarımızdır və onların təcrübəsi və hərbi bilikləri Ermənistan Silahlı Qüvvələrinə xidmət edəcəkdir”, - deyə Arman Sarkisyan bəyan edib.

 Xatırladaq ki, ötən gün Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı və dəstəklədiyi xunta rejimi  “özünü buraxdığını” elan edib.

 Hələ sentyabrın 24-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Xankəndində olması ilə bağlı xəbərlərini təkzib etmişdi.

 İndi isə ER Müdafiə Nazirliyinin rəis müavini Xankəndində olan erməni yaraqlılarını Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə dəvət edib.

Yol açıqdır: Onların Ermənistana gedən yolu “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsindən keçir... Azərbaycan öz torpaqlarını yadellilərdən özü qoruyub və qoruyacaq!

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN