İsrail-Fələstin-HƏMAS qarşıdurmasına birtərəfli deyil, ən azı üçtərəfli prizmadan yanaşmaq lazımdır...
Dünya siyasiləri və ictimaiyyəti Rusiya-Ukrayna müharibəsini unudub indi də bu müharibəyə köklənib. Təsəvvür edin, Əl-Cəzirə televiziya kanalı Qəzzadan dəhşətli reportajlar verir. Qurbanların, körpə cəsədlərinin sayı-hesabı yoxdur. İsrail TV-ləri və mətbuatı isə HƏMAS əsirliyində olan 23 yaşlı tatuaj rəssamı Şani Loukun başı kəsilmiş cəsədini nümayiş etdirir.
Bunlar gerçəkdən dəhşətlidir!
***
Şərqşünas alim, Professor Aida Qasımova özünün fb səhifəsində aydın şəkildə yazır: "...O torpaqda hec vaxt Fələstin dövləti olmayıb. O ərazilər Ehdi Etiqden yəhudi torpaqları olub. Vəd edilmiş torpaq. Əvvəl Roma imperiyası, sonra ərəb, osmanlı ve s. ağalığı altında olub. Orada yəhudilər ərəbləşmiş fələstinlilərlə yanaşı yaşayıb. İsrail dövləti BMT qərarı ilə yaranıb. Səbəb ıı dünya müharibəsindəki Holokaust dəhşətləri olub. SSRİ və ABŞ isə İsrailin yaranmasında maraqlı olubdur...".
Bəli, elədir... Amma indi Rusiya da, ABŞ da bu müharibəni yatırtmaq marağında deyil. Maraqlı olsaydılar, tərəflər arasındakı müharibə heç baş verməzdi...
A.Məmmədli